• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan cəmiyyəti özəl təhsil sektoruna alışmayıb- NAZİR

Azərbaycan cəmiyyəti özəl təhsil sektoruna alışmayıb- NAZİR
03.10.2022 18:13
Azərbaycan cəmiyyəti hələ də özəl təhsil sektoruna alışmayıb. Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin açılış mərasimində çıxışı zamanı deyib.
 
Millət vəkili Etibar Əliyevin fikrincə, ölkədə özəl məktəblərdə təhsil haqqı çox yüksəkdir və bu həmin təhsil ocaqlarına marağı azaldır. 
 
"Azərbaycanda təhsilin keyfiyyəti özəl ali məktəblərdə düzgün müəyyən edilməyib. Özəl orta məktəblərə gəldikdə isə təhsil haqqını 10-15 min manata qaldırıblar. Bu kasıb təbəqə üçün əl çatan deyil. Digər ölkələrdə istedadlı uşaqları bütün dünya axtarır, olimpiadaları xarici ökələr izləyir.  Hətta bir fakt deyim, şəhid uşaqlarından təhsil haqlarının yarısını istəyirlər. Bu təxminən 7 min manat arası pul edir. Bu cür hallar bütün etimadı itirir. Əgər sən istedad yox, pullu adam axtarırsansa, bunun adını təhsil qoymaq olmaz. Burada nazirin dediyində müəyyən həqiqət var",  -  Əliyev bildirib. 
 
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu gün insanlar özəl universitetlərə inanmır, özəl orta məktəblərə isə vətəndaşların o qədər verməyə pulu yoxdur.
 
"Ancaq tələbələr bu gün özəl universitetlərin gələcəyi ilə bağlı narahatdırlar. Bunlar ciddi məsələdir.Təkcə biz son 10 ilə baxsaq, onlarla özəl universitetlər bağlanıb. Özəl orta məktəblərə insanlar iki səbəbə görə getmir. Birincisi xidmət haqları olduqca bahadır, 8-10 min manat arasıdır.  İkincisi isə bunların buraxılış imtahanı nəticələri yetərincə ürəkaçan deyil. Biz Bakıdakı özəl məktəbləri rayon məktəbləri ilə müqayisə etsək, rayon məktəblərinin nəticələri yüksək olacaq. Bu gün Azərbayacan təhsil sistemi öz nəticələinə görə, birbaşa özəl hazırlıq kurslarına borcludur", - Əsədov bildirib.

Azərbaycandakı özəl məktəblərdə ibtidai siniflərə görə illik təhsil haqqı 3500 - 56000 manat arasında dəyişir. Yuxarı siniflər üzrə isə bu məbləğ 5000 -16000  manat arasındadır.

Ən bahalı məktəb Bakının Yasamal rayonunda yerləşən "Azərbaycan Beynəlxalq Məktəbi” (TİSA)-dir. Bu məktəbdə illik təhsil haqqı  $31 690  (56100 manat) təşkil edir.  Tədris yalniz ingilis dilində aparılır.

Dərs saatı səhər 08:30-dan 15:00-a kimidir. Qiymətə yalnız dərnəklər daxildir. Digər xərclər və qidalanma əlavə ödənişlidir.

"Müasir İnnovasiyalar Liseyi”ndə illik təhsil haqqı 6000-7000 manatdır. Lisey Xətai rayonunda yerləşir. Tədris 3 dildə aparılır. Şagirdlər 09:00-dan 17:00-a kimi liseyin daxilində olurlar. Qiymətə gündə 1 dəfə qidalanma və dərnəklər daxildir.

Nərimanov rayonunda yerləşən "Erudit” liseyində təhsil haqqı 9 ay üçün 5000 manatdır. Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. Uşaqlar səhər 09:00-dan axşam 18:00-a kimi liseydə olurlar. Şagirdlər gündə 2 dəfə qida ilə təmin olunurlar. Dərnəklər, qidalanma və dərsliklər qiymətə daxildir.

"Qərb Universitetinin Məktəbi” – İllik təhsil haqqı 4 300 manatdır. Məktəb şagirdləri nəqliyyat xidmətindən istifadə edərlərsə, illik 5100 manat ödəməlidirlər.
"Evrika” liseyində təhsil 8000-9000 manatdır. Əlavə olaraq 500 manat dərsliklər üçün və 100 manat ekskursiya pulu tələb olunur. Tədris 3 dildə aparılır. Şagirdlərə gündə 2 dəfə (səhər və günorta) yemək verilir. Dərnəklər və dərsliklər qiymətə daxildir.

"Bakı Oksford Məktəbi”ndə məktəbəqədər hazırlıq mərhələsinin illik təhsil haqqı 7 500 AZN, ibtidai məktəbdə 15500 AZN, tam-orta məktəbdə də ( 6-11/12-ci sinif) 15500 AZN-dir. Tədris yalnız ingilis dilində aparılır. Şagirdlərin dərs saatı səhər 09:00-dan 14:45-ə kimidir. Qiymətə gündə 2 dəfə qidalanma, dərnəklər və məktəb forması daxildir.

"Müasir Təhsil Kompleksi”ndə tədris 3 dildə aparılır. Təhsil haqqı 16 000 manatdır. Qiymətə gündə 3 dəfə qidalanma, dərsliklər və 3 dərnək daxildir. Dərslər 08:30-dan 15:00 kimidir.

"Bakı Fransız Liseyi” Bakının Xətai rayonunda yerləşir. Tədris yalnız fransız dilində aparılır. Şagirdlərin dərs saatı 08:30-dan 15:00-a kimidir. Təhsil haqqı 15000 – 19000 manatdır.

Kompleksdə illik təhsil haqqı Azərbaycan vətəndaşları üçün bağça 8000 AZN, ibtidai məktəb 15000 AZN, Kollec və Lisey 16100 AZN, 1-12-ci siniflər 19000 AZN-dir. Xarici vətəndaşlar üçün bağça 4550 avro, ibtidai məktəb 8500 avro, kollec və lisey 9150 avro, 11-12-ci siniflər 9950 avrodur. İlkin qeydiyyat haqqı 600 AZN-dir. Yalnız liseyə ilk dəfə qeydiyyata düşərkən ödənilir.
 
İstiqamət:  5.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol