Məişət zorakılığı ilə bağlı 41 müraciət daxil olub
04.10.2022 23:30
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2022-ci il sentyabrında ümumilikdə 371 müraciət daxil olub. Bu barədə qurumdan bildirilib.
Dövlət Komitəsindən verilən xəbərə görə, onlardan 71-i məhkəmə qərarlarının icrası, 41-i məişət zorakılığı, 33-ü mənzil şəraitinin yaxşılaşdırılması, 22-si təhsil, 19-u müayinə və müalicə ilə bağlı olub.