• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq müstəntiqin cəzası azaldıldı

Sabiq müstəntiqin cəzası azaldıldı
08.10.2022 22:48
Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi işləmiş Müşfiq Abbasov barəsində hökmdən verilmiş şikayətə baxılıb.
 
Anews.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan iş üzrə qüvvədə olan hökm dəyişdirilib. Hakim Cavid Hüseynin sədrlik etdiyi hakimlər heyəti cinayət işinin birinci instansiya məhkəməsində düzgün araşdırılmadığı qənaətinə gəlib.
 
Məhkəmə ittiham olunun şəxsin 73 min 716 manat məbləğində dəymiş ziyanın bir hissəsini ödəməsi, həmçinin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq barəsindəki dələduzluq ittihamına xitam verilib. Qərara əsasən, Müşfiq Abbasov rüşvət verməyə təhriketmə ittihamı ilə təqsirli bilinərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
 
İttihama görə Müşfiq Abbasov 12 iyun 2014-cü il tarixindən 11 sentyabr 2017-ci il tarixinə kimi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik edib.
 
Toplanmış materiallarla Müşfiq Abbasova Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq), 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müşfiq Abbasov verilmiş ittihamlarla təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

Bundan başqa, sabiq müstəntiq 11 sentyabr 2017-ci ildə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarından xaric olunub. Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə dələduzluq, vəzifə səlahiyyətlərini aşma cinayətlərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmlə ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol