• $
  • €
  • ₽
  • ₺
  • £

Mövlam Şixəliyevin orden və medalları alındı - Siyahı

Mövlam Şixəliyevin orden və medalları alındı - Siyahı
07.10.2022 12:13
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov çoxsaylı təltiflərdən məhrum ediliblər.

Bu barədə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə elan olunmuş hökmdə göstərilib.

Hökmdə qeyd olunub ki, Mövlam Şixəliyevin "Vətənə xidmətə görə” 3-cü dərəcəli ordendən, "Hərbi xidmətlərə görə” və "Vətən uğrunda” medallarından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilib.

Həmçinin Mövlam Şixəliyev aşağıda göstərilən orden və medallardan məhrum edilib:

Milli təhlükəsizlik təhlükəsizlik nazirinin 25 mart 2005-ci il tarixli, 0179 nömrəli əmri ilə verilmiş "Qüsursuz xidmətə görə” 1-ci dərəcəli;

"Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və "Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarından;

Milli təhlükəsizlik nazirinin 24 iyun 2008-ci il tarixli, 0153 nömrəli əmri ilə verilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1919-2008)” yubiley medalından;

Milli təhlükəsizlik nazirinin 26 mart 2009-cu il tarixli, 044 nömrəli əmri ilə verilmiş "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley Medalından;

Milli təhlükəsizlik nazirinin 30 iyun 2009-cu il tarixli, 0132 nömrəli əmri ilə verilmiş "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley xatirə medalından;

Milli təhlükəsizlik nazirinin 26 mart 2012-ci il tarixli, 060 nömrəli əmri ilə verilmiş "Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medalından;

Milli təhlükəsizlik nazirinin 07 oktyabr 2013-cü il tarixli, 0248 nömrəli əmri ilə verilmiş "Hərbi xidmətdə fərqləndiyinə görə” 2-ci dərəcəsi medalından;

Milli təhlükəsizlik nazirinin 27 mart 2014-cü il tarixli, 073 nömrəli əmri ilə verilmiş "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalından;

Milli təhlükəsizlik nazirinin 04 iyul 2014-cü il tarixli, 0182 nömrəli əmri ilə verilmiş "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley xatirə medalından;

Milli təhlükəsizlik nazirinin 26 mart 2015-ci il tarixli, 052 nömrəli əmri ilə verilmiş "Hərbi xidmətdə fərqləndiyinə görə” 1-ci dərəcəsi medalından.
Hökmə əsasən, Mövlam Şixəliyevlə birgə ittiham olunan MTN-in İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədovun və İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun "Vətən uğrunda” medalından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilib.
Məhkəmə onları digər orden və medallardan məhrum edib.

Onların polkovnik-leytenant hərbi rütbəsindən məhrum edilməsi barədə qərar çıxarılıb.

MTN-in İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik-leytenant Vüsal Ələkbərovun polkovnik-leytenant hərbi rütbəsindən və dövlət təltiflərindən məhrum edilməsinə dair hissədə Bakı Hərbi Məhkəməsinin 10 iyul 2017-ci il il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qərarı nəzərə alınıb.

General-mayor Mövlam Şixəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Mövlam Şıxəliyevin general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul olunub.(Apa)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol