• $
  • €
  • ₽
  • ₺
  • £

General Rüstəm Muradov yeni vəzifəyə təyin edilib

General Rüstəm Muradov yeni vəzifəyə təyin edilib
07.10.2022 13:49
Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandanı, general-leytenant Rüstəm Muradov Şərq Hərbi Dairəsinin komandiri təyin edilib, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey  Melikov Telegram kanalında bildirib.

"Düşünürəm ki, bu düzgün qərardır. Rüstəm Usmanoviç həmişə başqalarına rəhbərlik edən lider, düzgün qərarlar verən strateq, ilk hücuma keçən cəsarətli döyüşçü olub”, - deyə Melikov yazıb.


Rusiya Qəhrəmanı Rüstəm Muradov 21 mart 1973-cü ildə Dağıstan Muxtar Respublikasının Dərbənd rayonunun Çinar kəndində anadan olub. Milliyyətcə tabasarandır.

1990-cı ildən hərbi xidmətdədir. Sankt-Peterburq Ali Əlahiddə Ümumqoşun Komandanlıq Məktəbini (1995) və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordusu Akademiyasını fərqlənmə diplomu ilə bitirib, həmçinin Rusiya Federasiyasının Silahlı Qüvvələri Baş Qərargahın Hərbi Akademiyasında təhsil alıb.

Muradov 11 noyabr 2020-ci ildən 2021-ci il sentyabrın 9-dək Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri olub.

Onun hazırda Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə rəhbərlik edən generallardan biri olduğu bildirilir.(modern.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol