• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqların depressiyaya düşmə səbəbləri açıqlanıb

Uşaqların depressiyaya düşmə səbəbləri açıqlanıb
10.10.2022 11:40
Uşaqlar  psixi vəziyyəti ətrafda baş verənlərə qarşı olduqca həssasdır. Bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin həkim-psixiatrı Aydan Cabbarova bildirib.
 
O bildirib ki, uşaqların təfəkkür və qavrama funksiyaları yetkin şəxsdəki inkişaf səviyyəsinə çatmadığı üçün onların sağlam mühitdə böyüməsi xeyli önəmlidir.
 
"Sağlam mühit dedikdə onların düzgün qidalanması, təhsil alması, ünsiyyəti və bu kimi bir sıra digər amillər nəzərdə tutulur. Psixi cəhətdən sağlam bir uşaqda məktəbdə bilikləri yaşın uyğun dərəcədə mənimsəmə, yaşıdları ilə adekvat ünsiyyət saxlamaq, ictimai yerlərdə davranış qaydalarına riayət etmək qabiliyyəti olmalıdır. Tez-tez ailə münaqişələrinin şahidi olan uşaqlarda daha çox psixi pozuntulara rast gəlinir. Belə uşaqlar depressiyadan, obsessiv-kompulsiv pozuntudan, təşviş pozuntusundan əziyyət çəkir, gələcəkdə isə onlarda şəxsiyyət pozuntusunun yaranması riski yüksək olur. Buna görə də valideynlər uşaqlarını stres və problemlərdən mümkün qədər kənarda saxlamalı, onların fikrini təhsilinə, özünü inkişafa yönləndirməlidir",  - Cabbarova bildirib.
 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol