• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan komandası ilk dəfə Avropa Qızlar İnformatika Olimpiadasında!

Azərbaycan komandası ilk dəfə Avropa Qızlar İnformatika Olimpiadasında!
10.10.2022 17:08
Azercell-in dəstəyilə məktəbli qızlarımız "EGOI 2022” müsabiqəsində iştirak edəcəklər
Azərbaycanlı məktəblilər "Azercell Telekom” MMC-nin dəstəyi ilə ilk dəfə "EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak edəcəklər. 16-23 oktyabr 2022-ci il tarixində Türkiyənin Antalya şəhərində təşkil olunacaq beynəlxalq müsabiqədə ölkəmiz dörd məktəbli qızdan ibarət komanda ilə təmsil olunacaq.  

Komandada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Nəzrin Qasımova (9-cu sinif) və Fidan Qarayeva (11-ci sinif), həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Fidan Hüseynova (11-ci sinif) və Leyla Hacızadə (9-cu sinif) təmsil olunurlar. Məktəblilər informatika üzrə Respublika Fənn Olimpiadalarının finalçıları arasından seçiliblər. Yarışmada komanda üzvlərini iki təlimçi müşayiət edəcək.

Proqramlaşdırma üzrə yeni yarışma olan "EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadası ilk dəfə ötən ilin iyununda İsveçrədə keçirilib. Beynəlxalq İnformatika Olimpiadasına oxşar qaydalar əsasında təşkil olunan bu yarışmanın gənc xanım iştirakçıları təqdim olunan tapşırıqları effektiv alqoritmlər hazırlayaraq həll etməlidirlər.
"Azercell Telekom” MMC 2017-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində məktəblilərin informatika üzrə beynəlxalq yarışlara hazırlıq prosesində iştirak edir. Lider mobil operator İnformasiya Texnologiyaları sahəsi üzrə təhsilə dəstək, indi isə artıq qızların da informatika fənninə qarşı marağının artırılması, onların İKT sahəsinə cəlb olunaraq  gələcək mütəxəssis kimi yetişdirilməsi baxımından bu əməkdaşlığa olduqca yüksək qiymət verir. Qeyd edək ki, şirkət qızların potensial və bacarıqlarını üzə çıxarmaq məqsədilə müxtəlif tədbirlər keçirir, önəmli sosial layihələrə imza atır.
Azercell bütün məktəbli qızları və onların valideynlərini qarşıdan gələn 11 oktyabr Beynəlxalq Qızlar Günü münasibəti ilə təbrik edir, daima inkişaf yolunda uğurlar arzulayır! 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol