• $
  • €
  • ₽
  • ₺
  • £

Naftalanda Turizm İnformasiya Mərkəzinin açılışı olub- FOTOLAR

Naftalanda Turizm İnformasiya Mərkəzinin açılışı olub- FOTOLAR
08.10.2022 17:06
Oktyabrın 8-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı və Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Naftalanın turizm imkanlarının, o cümlədən sağlamlıq-istirahət mərkəzlərinin tanıdılması məqsədilə təşkil olunan mediatur çərçivəsində Naftalan Turizm İnformasiya Mərkəzinin açılışı baş tutub. 

Açılışda KİV nümayəndələrinə mərkəzin fəaliyyəti, təqdim olunan xidmətlər və layihələr haqqında məlumat verilib. 


Müasir standartlara uyğun dizayn edilən turizm informasiya mərkəzinin əsas fəaliyyəti turistlərin məlumatlandırılması ilə yanaşı, yeni turizm məhsulların yaradılmasına dəstək göstərmək, mövcud xidmətləri inkişaf etdirmək, turizm dəyər zəncirinin iştirakçılarının fəaliyyətini təşviq etmək, yerli sakinlərin kiçik və orta biznesinə dəstək olmaq, regionda turizmin və dövlət-özəl əməkdaşlığının inkişafına töhfə verməkdir. 


Bundan əlavə, TİM tərəfindən turistlərə yalnız Naftalan şəhəri deyil, həmçinin Qərb bölgəsi üzrə əyləncəli ekskursiya proqramlarının hazırlanması, istəyə uyğun olaraq hotellərdə yerləşmə, nəqliyyat və bələdçi xidməti ilə bağlı dəstək verilməsi, həmçinin veloturların təşkili xidmətləri göstəriləcək. 


Turizm informasiya mərkəzində Azərbaycan, ingilis və rus dillərində turizm xəritələri və tematik turizm məhsullarını əks etdirən broşürlər ziyarətçilərin istifadəsinə verilir, Naftalan nefti haqqında maarifləndirici videoçarxlar nümayiş olunur. 


Naftalan Turizm İnformasiya Mərkəzində şəhərin yaxınlığında yerləşən kənd turizm nümunəsi hesab olunan Qaşaltı kəndinə, nar bağlarına, o cümlədən Qərb regionu üzrə Naftalana yaxın Gəncə, Göygöl, Şəmkir, Gədəbəy, Daşkəsən, Mingəçevir kimi şəhər və rayonlara gündəlik və bir neçə günlük turların təşkil edilməsi xidməti də təqdim olunur.


Mərkəzdə, həmçinin yerli sənətkarların əl işləri, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən suvenirlərin, Naftalan neftindən hazırlanan müalicəvi və sağlamlıq məhsullarının satışı mövcuddur. 
Naftalan şəhərində Heydər Əliyev prospektində inşa edilən turizm informasiya mərkəzi hotellər və sanatoriyaların yaxınlığında yerləşir.


Qeyd edək ki, mediatur çərçivəsində, KİV nümayəndələrinə, həmçinin müalicəvi nefti ilə məşhur olan Naftalan şəhərinin turizm potensialı haqqında ətraflı məlumat verilib, eləcə də şəhərdə fəaliyyət göstərən sanatoriya-kurort mərkəzləri, neft vannaları və duz otaqları, turistlər üçün yaradılmış şərait, müalicə prosedurları nümayiş etdirilib. Həmçinin media mənsubları Naftalan tanıtım lövhəsi ilə tanış olub, dünya üzrə unikal hesab olunan "Əsa muzeyi”ni ziyarət ediblər.


Həmçinin 8-9 oktyabrda keçirilən "Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Regionda Yeni Reallıqlar” adlı beynəlxalq elmi konfransın iştirakçıları tərəfindən Naftalan TİM ərazisində ağaclar əkilib.
 







www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol