• $
  • €
  • ₽
  • ₺
  • £

Bağçada işləmək istəyən müəllimlər psixoloji testə cəlb olunacaq

Bağçada işləmək istəyən müəllimlər  psixoloji testə cəlb olunacaq
12.10.2022 11:20
Tərbiyəçi-müəllimlərin işə qəbulu zamanı namizədlər psixoloji testə cəlb olunacaqlar. Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

İşə qəbul üzrə müsabiqə üçün minimum keçid balı 35 müəyyənləşdirilib. Minimum tələbi ödəyən bütün namizədlər müsahibə mərhələsində iştirak edə biləcək. 

Təhsil eksperti Elçin Əfəndi Anew.az-a məsələylə  bağlı açıqlamasında bildirib ki, bağçalarda uşaqların tərbiyəçilər tərəfindən döyülməsi hallarına dəfələrlə rast gəlminib.  Bu halların qarşısının alınması üçün məktəbəqədər təhsil müəsisələrində tərbiyəçilərin işə qəbulu zamanı psixoloji testlərin keçirilməsi vacibdir. 

"Məktəbəqədər təhsil idarələrində  müəllimlərin işə qəbulu üzrə keçirilən müvafiq müsabiqə imtahansız, qeyri-obyektiv, tamamilə formal xarakter daşıyırdı Nəticə etibarilə məktəbəqədər təhsil pilləsi üzrə ali təhsili olmayan şəxslər bağçalarda tədris aparırdı. Bu hallara görə  psixoloji testin salınması doğru qərardı”, - deyə ekspert vurğulayıb.

Suallar  uşaqların yaş  psixologiyası, yaş qruplarna görə tədris proqramının hazrlanması, və s. aid suallar olacaq.

Suallar məktəbəqədər təhsil pilləsinin ali məktəblərində keçirilən tədrisi əhatə edəcək. İbtidai və ümumtəhsil pillələri üçün də bu qərarın tətbiq olunması vacibdir. Hal-hazırda bununa bağlı Elm və Təhsil Nazirliyi müvafiq müzakirələr aparır. 
 
Təhsil eksperti Elşən Qafarovun fikrincə isə, belə testlər  inkişaf edən ölkələrin əksəriyyətində keçirilir. də çoxdan həyata keçirilir və əslində Azərbaycan gecikibdir. 
 
"Beynalxalq təcrübədə sınanmış metoddur. Azərbaycanda da bu qanunun tətbiqi vacibdir. Hazırda işləyən müəllimlərin də bu imtahana cəlb olunması şərtdir",  - Qafarov deyib.
 
2021-ci il dekabrın 20-də Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.  Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. 
 
2021-ci ilin məlumatına görə, Azərbaycanda 1825 uşaq bağçası var ki, onlardan 1692 dövlətdir. Dövlət bağçalarında 126 mindən çox uşaq tərbiyə alır. Həmçinin, 133 özəl bağça var ki, orada 5124 uşaq var. 
 
Ləman Hafizi

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol