• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi şəhidin şəklini bacısının maşınından qopardı - Foto

Yol polisi şəhidin şəklini bacısının maşınından qopardı - Foto
11.10.2022 17:26
Dünən səhər saatlarında metronun "Sahil” stansiyasının yaxınlığında yol polisi əməkdaşı şəhid Fərhad Babayevin bacısı Aysel Süleymanovanın idarə etdiyi "Subaru” markalı avtomobili saxlayıb.

Aysel Süleymanova bildirib ki, 99 YP 432 dövlət qeydiyyat nişanlı xidməti avtomobillə hərəkət edən Vüqar adlı YPX əməkdaşı ona yaxınlaşaraq avtomobilin arxasına yapışdırılmış və şəhid qardaşı Fərhad Babayevə məxsus olan şəkli qoparmağı tələb edib.

Qadın etiraz etdikdə isə yol polisi əməkdaşı ölkə rəhbərliyi tərəfindən göstərişin verildiyini bildirərək özü vinil materialından hazırlanmış bayraq və fotoşəkli qoparmağa başlayıb: "Həmin əməkdaş Prezident tərəfindən rəngi solmuş bayraq və şəhid fotolarının yığışdırılmasının əmr edildiyini dedi. Mən isə bildirdim ki, belə bir göstəriş və ya əmrlə rastlaşmamışam, əgər həqiqətən belə qərar varsa, özüm həmin şəkli yığışdıraram. O isə qayıtdı ki, yox, mən o şəkli sökməliyəm. Mən ağlamağa başladım, o isə maşının arxasına keçərək Fərhadın şəklini cırmağa başladı. Maşından ağlaya-ağlaya düşüb dedim ki, daha dəyməyin, özüm təmizləyərəm. Bu zaman ratsiya ilə kimsə həmin polisdən soruşdu ki, nə məsələdir, qadın niyə ağlayır, onu maşına otuzdurun. O da dedi ki, şəhidin bacısıdır. Ratsiyadakı şəxs bildirdi ki, dəyməyin. Məni saxlayan yol polisi əməkdaşı isə qeyd etdi ki, şəkil iki ildir yapışdırılıb və quruyub”.
Aysel Süleymanova əlavə edib ki, hadisə nəticəsində sarsıntı keçirib və bunu özünə, ailəsinə və şəhid qardaşına qarşı hörmətsizlik kimi qəbul edir: "Həmin şəkli mən özüm də gəlib evdə sökə bilərdim. Evə gələndən sonra atam gözüyaşlı həmin şəklin yapışıb qalmış hissələrini maşından təmizlədi. Bu hadisə, nəinki mənə, ailəmizə, Fərhadı tanıyan bütün insanlara pis təsir edir”.

Şəhidin bacısı qeyd edib ki, baş vermiş hadisədən sonra həmin polis əməkdaşı əlaqə saxlayaraq ondan üzr istəyib: "Mən belə bir hadisənin baş verməsinə görə, belə bir hadisə ilə bağlı şikayətçi olmağıma görə utanıram. Bakıda hamı məni, maşınımı şəhid qardaşımın fotosuna görə tanıyır. O polis qardaşımın şəklini cırmaqla nə əldə etdi? Əvəzində mənə, atama, ailəmizə iki il əvvəl yaşadığımızın daha ağırını yaşatdı”.

Şəhid Fərhad Məhərrəm oğlu Babayev 1992-ci ildə Bakıda anadan olub. O, 24 oktyabr 2020-ci il tarixdə Qubadlı istiqamətində şəhid olub. Özəl sektorda sürücü kimi fəaliyyət göstərən Fərhad Vətən Müharibəsi başlayanda - 28 sentyabr 2020 ci il tarixində SHXÇDX-ın Suraxanı bölməsi tərəfindən səfərbər edilməklə cəbhə bölgəsinə aparılıb. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol