• $
  • €
  • ₽
  • ₺
  • £

Yod qıtlığına səbəb nədir? - Ekspertlərdən açıqlama

Yod qıtlığına səbəb nədir? - Ekspertlərdən açıqlama
12.10.2022 15:11
Azərbaycan əczəxanalarında 2022-ci il sentyabrın sonundan müşahidə edilən yod qıtlığının səbəbi bu məhsulu  Azərbaycana gətirən idxalçı şirkətin vaxtında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət etməməsidir.  Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.

"Son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprelində edilib. O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Hazırda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq",  - qurumun yayımladığı  məlumatda bildirilib.

AEM-də olan məlumata görə, Azərbaycan əsasən yodu Rusiyanın Yaroslavl farm fabrikindən, Ukraynanın Fitofarm şirkətindən  və Türkmənistanın Sağlık Ezcaçılıq Müəssisəsindən alır. 
 
Bakı əczəxanalarından birinin əməkdaşı bildirib ki,  yod çatışmazlığı səbəbindən hazırda apteklər adam başına yalnız bir yod satır.
 
Digər aptekdə isə istənilən sayda yod satdıqlarını dedilər. 
 
Bəzi əczaçılar isə ümumiyyətlə yodun satışda olmadığını söylədi. 
 
Apteklərdə yodun qiyməti  40- 50 qəpik civarındadır.
 
Aptek işçisi Samirə Quliyeva bildirir ki, maydan bu yana depodan satışa yod daxil olmur, gətirilsə də, çox az miqdarda apteklərə paylanılır. Satışa daxil olan yod da  dərhal bitir. 
 
Terapevt həkim Aydın Əliyev əhalini yoda çatışmazlığı səbəbindən panikaya düşməməyə çağırıb. 

"Bütün dəniz məhsullarında, tərəvəzlərdə, bir çox paxlalı bitkilərdə orqanizm üçün yetərli olan yod var. Vətəndaşların yodun onları qoruduğunu düşünməsi çox absurddur. Nüvə silahı istifadə olunarsa, yod kömək etməyəcək.  İnsanlar yodu lazımsız yerə alıb evdə depolayırlar, bu zaman real istifadə üçün çatışmazlıq yaranır. Çatışmazlıqlar isə suni qiymət artımına gətirib çıxaracaq”, - həkim bildirib.
 
Həkimin fikrincə, əhalinin yoda olan ehtiyacı əsasən yerli istehsal hesabına ödənilir.
 
"Neftçala yod-brom zavodu uzun illərdir ki, fəaliyyət göstərir. 170 nəfər işçinin çalışdığı müəssisədə 2 əsas və 3 köməkçi sex mövcuddur. Hazırda istismara yararlı 100 quyunun 70-i istifadə olunur. Gün ərzində bu quyulardan 25 min kubmetr yod-bromlu su hasil edilir. Nəzərə alaq ki, 26 min kubmetr yod-bromlu sudan isə 1 ton yod alınır. Məhsul istehsalını artırmaq üçün yeni bir istehsal sahəsinin yaradılması da planlaşdırılıb. Bu sahə işə salındıqdan sonra zavodda məhsul istehsalını 2 dəfə artırmaq mümkün olacaq",  - Əliyev bildirib. 

Milli Məclisin deputatı Rüfət Quliyevin sözlərinə görə, Azərbaycanda dərman vasitələri planlı şəkildə qeydiyyata  alınmalıdır.

"Araşdırmışam, Türkiyədə və bir çox Avropa ölkələində hər gün qeydiyyat aparılır. Hansı dərmandan az sayda qalıbsa, mütləq şəkildə qeydiyyata alınır və xəstəxanalara eyni zamanda apteklərə gətirilir.  Bu işə biz də Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi sğorta nəzarət etməlidir. Dərman vasitələri planlı olmalıdır.
 
Deputat həmçinin dərmanların baha olmasının səbəblərini də açıqladı.
 
"Bəzi dərmanların qiyməti 2 manat olduğu halda, işbazlar süni şəkildə 200 manata qədər qaldırıb. Bundan başqa, apteklərdə qlükoza və fizioloji məhlul da yoxdur. Düzdür, bu mallar Ukraynadan gəlir, amma onları Türkiyədən də rahatlıqla əldə etmək olar", - Quliyev bildirib.
 
Neftçaladakı yod zavodu məhsulun keyfiyyətinə görə MDB ölkələri arasında birinci, yod rezervləri üzrə isə dünyada üçüncüdür.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022 ci ilin yanvar-iyul statistikasına görə, Azərbaycana 0,05 ton yod idxal olunub. Bunun üçün 5, 71 ABŞ dolları xərclənib. Həmin dövr ərzində 109,66 ton yod ixrac olunub, məbləği isə 7204,86 ABŞ dolları gəlir əldə edilib.
 
İSTİQAMƏT:5.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Aytac Zeynalova
 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol