• $
  • €
  • ₽
  • ₺
  • £

Ucarda uzunluğu 28,5 kilometr olan yol asfaltlanır

Ucarda uzunluğu 28,5 kilometr olan yol asfaltlanır
14.10.2022 23:30
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Ucar rayonunda 28,5 kilometr uzunluğa malik olan Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunu asfaltlayır. Bu barədə AAYDA məlumat yayıb.

Bildirilir ki, 7 yaşayış məntəqəsini birləşdirən və 30 minə yaxın əhalinin istifadə etdiyi adıçəkilən yolda aparılan işlər çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, torpaq yatağı bərpa olunub, kipləşdirmə işləri görülüb. Yolboyu suötürücü boruların quraşdırılması və izolyasiyası işləri aparılıb.

Hazırda 2 laydan ibarət 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi icra edilir.

Son mərhələdə yol nişanı və məlumatverici lövhələr, dayanacaqların siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.

2021-ci ildə sözügedən yolun 4,55 kilometrlik hissəsində yuxarıda sadalanan işlər icra olunaraq yekunlaşdırılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol