Astarada mikroavtobus yolu keçən nənə-nəvəni vurub, uşaq ölüb

Astarada ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə oktyabrın 18-də saat 12 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini R.Hüseynov idarə etdiyi "Mercedes” markalı mikroavtobusla yolu keçən həmyerliləri Məlahət Əfsəlovanı və azyaşlı nəvəsi Gülağanı vurub.
www.anews.az
























