• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbdə uşaqlara zorla iynə vurulub, dərman içirdilib - İDDİA - VİDEO

Məktəbdə uşaqlara zorla iynə vurulub, dərman içirdilib - İDDİA - VİDEO
20.10.2022 13:50
Abşeron rayonu, "Stansiya Sumqayıt”, yeni yaşayış massivi ərazisində yerləşən Mirağa Əliyev adına Hal kənd tam orta məktəbinin 3-cü sinfində təhsil alan iki şagird həmin məktəbin Zəhra adlı müəllimi tərəfindən zorakılığa məruz qalmaları barəsində iddialar səsləndirilib. Bu barədə News24.az-a həmin məktəblilər və valideyn müsahibə verərkən bildirib.

Onlar sayta açıqlamalarında təhsil aldıqları məktəbdə Zəhra adlı müəllimənin şagirdlərə  müxtəlif həblər verdiyini, gözlərinə dərman tökdüyünü, onlardan qan aldığını bildiriblər. Bununla bağlı məktəbin direktoruna məlumat verdikdə isə o, bunun təxribat olduğunu deyib və valideynləri təhqir edib. 
 
Şagirdlər bildirib ki, müəllim onların əllərini bağlayıb, zorla iynə vurub, dərman içirib. Valideynlərinə bu haqda danışmasın deyə onları bıçaqla hədələyib.

Valideynlər qeyd edir ki, övladları məktəbəqədər hazırlıq dövründən həmin məktəbdə təhsil alıb və həmişə müəllimlərdən razı olublar. İddia etdikləri hadisə isə bu tədris ilindən başlayıb. 
 
Məsələ ilə bağlı News24.az saytı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq qurumun rəsmisi Elşad Hacıyev bildirib ki, iddia ilə bağlı araşdırma aparılır və onun nəticələri barədə əlavə məlumat veriləcək. 
 
Elm və Təhsil Nazirliyi hələlik məsələyə münasibət bildirməyib. 

Süjeti təqdim edirik:
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol