• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün meşə fondu torpaqlarında 14 mindən çox ağac əkilib

Bu gün meşə fondu torpaqlarında 14 mindən çox ağac əkilib
28.10.2022 19:18
Ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində  silsilə meşəbərpa tədbirləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, payız ağacəkmə aksiyası çərçivəsində bu gün Qobustan rayonunun meşə fondu torpağında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə 2 hektar ərazidə 2500 göyrüş və akasiya tingi əkilib.

"Eyni zamanda bu gün Şəki, Qəbələ, Quba, Tovuz, Şəmkir, Göygöl, Bərdə, Şamaxı, Ağcabədi və Sabirabad rayonlarında da ağacəkmə tədbirləri keçirilib, gün ərzində ümumilikdə 20 hektar ərazidə 14 324  ədəd ağac tingi əkilib, 1047  kiloqram toxum səpilib”.

Nazirlik sözçüsü ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, bütün təbiətsevərləri ağacəkmə aksiyalarına qoşulmağa, bu tədbirlərdə yaxından iştirak etməklə ölkə ərazisində yaşıllıq zolaqlarının, meşə parkların və meşə sahələrinin genişləndirilməsinə töhfə verməyə dəvət edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol