• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda 60 manatlıq bileti “Biznes klas” adı ilə 170 manata satırlar - İddia

Naxçıvanda 60 manatlıq bileti “Biznes klas” adı ilə 170 manata satırlar - İddia
31.10.2022 12:26
Naxçıvan şəhərindəki aviakassa və hava limanındakı kassalar qarşısında uzun növbələr yaranıb. Bu barədə "Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib.
 
Onların sözlərinə görə, buna səbəb əlavə təyyarə reyslərinin təxirə salınmasıdır.

Şikayətçilər deyir ki, Bakıya bileti yalnız uzun növbə gözləməklə, həm də ən yaxşı halda 4-5 gün sonraya almaq mümkündür. Onların iddiasına görə, "Biznes klas” (Biznes sinif) adı ilə 170 manata satılan bileti isə, istənilən günə və saata növbəsiz almaq mümkündür.

Hazırda Bakıda yaşayan Ordubad rayon sakini Elvin Məmmədov deyir ki, iki gün əvvəl yaxın qohumunun yas məclisinə gəlib. Təcili işi çıxdığından Bakıya qayıtmalı olsa da, normal qiymətə bilet tapa bilməyib.

"Səhər tezdən, saat 7-də kassaya getdim, gecə saat 11-ə kimi bilet ala bilmədim. Aviakassada dedilər ki, 4-5 gün sonraya bilet var. Gəldim hava limanına, burada da kassanın qarşısında növbələr var, hamı gözləyir. "Bilet yoxdur” desələr də, "Biznes klas” adı ilə 170 manata təklif edirdilər. Mənim buna maddi imkanım çatmasa da, məcbur olub aldım. Çünki, səhər Bakıda olmalı idim. Təyyarəyə minəndə məlum oldu ki, heç də "Biznes klas” deyilmiş. Normalda 60 manata satılan salona saldılar, səsimizi çıxara bilmədik”.

Digər şikayətçi Şəfa Rüstəmov da deyir ki, o da bir gün hava limanında qaldıqdan sonra məcbur qalıb 160 manata "bizness klas” bilet alıb.

"Adi sərnişinlərlə bir yerdə getdik. Xidmət də həmin xidmət idi. Heç bir özəlliyi yoxdur. Sadəcə fərq ondadır ki, əvvəlcədən aviakassadan bilet alanlar həmin bileti 60 manata, biz isə 160 manata almışıq. Biz bunların fırıldağını çoxdan bilirik. Əvvəlcədən aviakassada bilet satılarkən, hər reysdən 40 yer "biznes klass” üçün saxlayırlar. Həmin yerlərə sata biləcəkləri qədər satırlar. Əgər yerlər hamısı satılmırsa, qalan yerlər təyyarə qalxana yaxın işbazlar tərəfindən daha ucuz qiymətə, yəni, 100 manata satılır. Bunu da almaq hər adama nəsib olmur. Gərək adamın ola”.

Naxçıvan hava limanından sərnişinlərin iddialarını təkzib ediblər.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol