• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən müharibəsinin şəhidləri məzarları önündə yad edilib

Vətən müharibəsinin şəhidləri məzarları önündə yad edilib
31.10.2022 16:53
Vətən müharibəsinin hərbçi şəhidləri Şahin Agayev və Mirsəfa Rzayevin əziz xatirəsi bu gün İkinci Fəxri Xiyabanda baş tutan anım mərasimində yad edilib.
 
Dövlət himni səsləndirilib, gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və aparat əməkdaşları və Dövlət Turizm Agentliyinin sədri Fuad Nagıyev və agentliyin əməkdaşları iştirak ediblər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinin üzvləri ilə söhbətində onlara təsəlli verdi, səbr dilədi. İcra başçısı şəhid qanının yerdə qalmadığını, torpaqlarımızın azad edildiyini qeyd etdi.Bildirildi ki, bizə Zəfər bəxş edən Ali Baş Komandan İlham Əliyev, şəhid və qazilərimiz gələcək nəsillər tərəfindən hər zaman xatırlanacaqlar. Şəhid ailəsinin üzvləri hərbiçilərimizin xatirəsinə göstərilən diqqətə görə ölkə rəhbərliyinə dərin təşəkkürünü bildirdilər.

Şahin Agayev 13 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 286 saylı orta məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Azərbaycan Milli Aviasiya Akademiyasına qəbul olmuş, 2016-cı ildə Akademiyanı pilot ixtisası üzrə qırmızı diplomla bitirmişdir. Füzuli rayonunun Şükürbəyli kəndində N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı könüllü olaraq  döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 25-də şəhidlik zirvəsinə ucalmışdır.Subay idi.Ağayev Şahin Azər oglu  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Cəsur döyüşçü” medalı, "Vətən uğrunda” medalı, Fizulinin azad olunmasına görə"medalı  və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Mirsəfa Rzayev 9 fevral 1995-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. O, orta təhsilini 54 saylı məktəbdə almışdır. Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 27-də şəhidlik zirvəsinə ucalmışdır.Subay idi.Rzayev Mirsəfa Mircəlil oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı  ."Füzulinin azad olunması uğrunda" medalı  ,"Zəngilanın azad olunması uğrunda"medalı  və "Cəbrayılın azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol