• $
  • €
  • ₽
  • ₺
  • £

Xadimə işlədiyi evdən 54 min oğurlayıb bahalı maşın aldı

Xadimə işlədiyi evdən 54 min oğurlayıb bahalı maşın aldı
01.11.2022 20:30
Bakıda universitet müəlliminin mənzilindən külli miqdarda pul oğurlamış xidmətçi qadına və qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşına hökm oxunub.


"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə təqsirləndirilən 1981-ci il təvəllüdlü Sonaxanım Məmmədova və 1975-ci il təvəllüdlü Xaliq Məmmədovun hər birinə 6 il müddətinə həbs cəzası verilib.


Araşdırmalar zamanı məlum olub ki, Sonaxanım Məmmədova Bakı Dövlət Universitetinin müəllimi N.Əhmədovun evində aylıq 400 manata xadimə işləyib. O, özünə olan inam və etibardan sui-istifadə edərək hissə-hissə olmaqla N.Əhmədovun mənzilindən 54 min manata yaxın pul oğurlayıb. S.Məmmədova vəsaitin bir hissəsinə özünə "Nissan Murano” markalı avtomobil alıb, həmçinin qızının cehizinə görə yaranmış kredit borcunu ödəyib.


İttiham aktında qeyd edilib ki, Sonaxanım Xaliq Məmmədovla birgə avtomobili alaraq təmir etməyə 30 min manatdan çox pul veriblər. Həmçinin qadının işlədiyi evdən pul götürdükdən sonra bu barədə "WhatsApp” proqramında ona məlumat verməsi barədə mesajlar aşkar edilib.


Məhkəmədə S.Məmmədova və həyat yoldaşı ittihamı qəbul etməyiblər. S.Məmmədova avtomobili öz vəsaiti hesabına aldığını, N.Əhmədovun həyat yoldaşı tərəfindən şərləndiriyini bildirib. O iddia edib ki, evdəki pul ev sahibinin arvadının tanıdığı şəxs tərəfindən götürülə bilər. Təqsirləndirilən şəxs son vaxtlarda ev sahibinin xanımının onu qəsdən bir neçə dəfə evdən pul götürməyə yönəldərək kameraya düşməsini, guya həmişə pulların onun tərəfindən oğurlanması görüntüsü yaratmağa çalışdığını qeyd edib.


Məhkəmə təqsirləndirilən şəxslərin dediklərini özünümüdafiə fikirləri kimi qəbul edib və ər-arvad haqqında ittihamedici hökm çıxararaq onların hər birinə 6 il həbs cəzası verib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol