• $
  • €
  • ₽
  • ₺
  • £

DSMF-yə ödədiyimiz vəsaitin hamısını pensiya şəklində geri ala bilmirik - Hesablama

DSMF-yə ödədiyimiz vəsaitin hamısını pensiya şəklində geri ala bilmirik - Hesablama
01.11.2022 16:09
Azərbaycanda pensiya ala bilmək üçün insanlar işlədikləri müddət ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari ödənişlər edirlər.

Yeniavaz.com xəbər verir ki, kişilər 65 yaşları tamam olduqdan sonra etdikləri bu ödənişləri pensiya formasında geri almağa başlayırlar.

Bəs görəsən, vətəndaşlar yaşadıqları müddət ərzində DSMF-yə nə qədər vəsait ödəyirlər və nə qədər pensiya alırlar?

Açıqlanan son rəsmi məlumatlara görə, Azərbaycanda orta aylıq əmək haqqı 829 manat, orta aylıq pensiya məbləği isə 368 manata bərabərdir.
Azərbaycanda insanların gözlənilən ömür müddəti isə 73,6 ilə bərabərdir.

Belə olan halda, hazırkı göstəricilərə görə bir insan 22 yaşından (Ali təhsil aldıqdan sonra) başlayaraq 65 yaşına kimi (Pensiya yaşı) DSMF-yə ümumilikdə orta hesabla 41 min 796 manat ödəniş etməlidir. Bildiyimiz kimi, hazırda əmək haqqının 200 manata qədər olan hissəsi üçün 3%-i, 200 manatdan yuxarı olan hissəsi üçün isə 10% + 6 manat miqdarında icbari ödəniş edilir.

Pensiyaya çıxdıqdan sonra bir insan orta hesabla 8,6 il (102 ay) yaşayacağı (Orta ömür 73,6 ildir) üçün ümumilikdə orta hesabla 37 min 536 manat (102*368)  pensiya ala biləcək.

Rəqəmlərdən də göründüyü kimi, açıqlanan rəsmi statistik göstəricilərə əsasən hesablama apardığımız zaman insanların DSMF-yə alacaqları pensiyadan daha çox (4 min 260 manat) vəsait ödədiyi görülür.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol