• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda 7 vaqonlu qatarlar xəttə buraxılıb

Bakı metrosunda 7 vaqonlu qatarlar xəttə buraxılıb
02.11.2022 10:49
Bənövşəyi xəttdə yeddivaqonlu qatarların hərəkətinin təşkili ilə bağlı işlərə başlanılıb.
 
"Bakı Metropoliteni” QSC sədrinin imzaladığı 1284 nömrəli əmrə əsasən, xəttin "Xocəsən-8 Noyabr” sahəsinin hər iki yolunda yeddivaqonlu qatarlar istismara buraxılıb.
 
Qurumdan bildirilib ki, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Bakı metropoliteninin inkişafı üzrə Sərəncamının icrası ilə genişmiqyaslı fəaliyyətə başlanılıb, müvafiq monitorinqlər, sorğular aparılıb, Bakının əsas inkişaf planı, sərnişin axınının istiqamətləri və bununla bağlı məsələlər hərtərəfli öyrənilib. Nəticədə, 2011-ci ildə dövlət başçısının təsdiq etdiyi Bakı metropoliteninin konseptual inkişaf sxeminə uyğun olaraq, 3 yeni xəttin inşası nəzərdə tutulub. Bakının inkişaf perspektivləri nəzərə alınmaqla, yeni xətlərdə stansiyaların sərnişin platformaları 7 vaqonlu qatarların hərəkətinə hesablanır.
 
2016-cı ildə istismara verilən Bənövşəyi xətdə cəmi iki stansiya olduğundan beşvaqonlu qatarların hərəkəti münasib bilinib. Hazırda 3 stansiyası istismarda olan xəttin yaxın gələcəkdə elektrik deposu və daha bir stansiyasının istifadəyə veriləcək. Bu səbəbdən texniki tələblərə uyğun qaydada yeddivaqonlu hərəkət parametrlərinə keçilib. Həmçinin Bənövşəyi xətdə 7 vaqondan ibarət qatarların hərəkəti üçün  yeni tipli müasir idarəetmə sistemləri qurulur. Bununla əlaqədar "Bakı Metropoliteni” QSC sədrinin əmri ilə 2022-ci il avqust ayının 31-dən Bənövşəyi xəttin istismara hazırlanan sahəsində qatarların hərəkətinin işarəvermə sistemlərinə uzlaşdırılmasına başlanılıb. Qısa müddətdə işlər müvəffəqiyyətlə tamamlanıb. Sentyabrın 15-də İşçi komissiyanın yoxlamaları nəticəsində yeddivaqonlu qatar tərkiblərinin normativ-texniki sənədlərin tələblərinə uyğun istismarını təmin edən tədbirlər planı təsdiq olunub. Bununla bağlı Depolar üzrə iş departamenti formalaşdırılan yeddivaqonlu qatarlarda texniki tənzimləmələr aparıb. Qatarların hərəkət təhlükəsizliyi üzrə baş müfəttişlik, Hərəkət qatarlarının istismarı üzrə iş departamenti, Mərkəzləşdirilmiş dispetçer və Hərəkət xidmətlərinin iştirakı ilə baxış-yoxlama və sınaq xarakterli tədbirlər görülüb. Xətdə sınaq yürüşlərindən sonra, oktyabr ayının 12-dən beşvaqonlu qatarlara daha iki vaqonun əlavə olunması ilə yeddivaqonlu hərəkət tərkiblərinin formalaşdırılmasına və onların Bənövşəyi xətdə sərnişindaşıma prosesinə cəlb edilməsinə icazə verilib.
 
Buna uyğun olaraq, Mərkəzləşdirilmiş dispetçer xidməti yeddivaqonlu qatarların qış mövsümünə uyğun hərəkət qrafikini hazırlamağa başlayıb. Həmin qatarların xətdə sınaqları saat 22:00-dan başlayaraq, Xocəsən qəsəbəsində inşa edilmiş yerüstü stansiyadan dövr etməklə təmin olunub. Aparılmış uğurlu sınaqlara əsasən yeddivaqonlu qatarlar mərhələli şəkildə sərnişindaşıma prosesinə cəlb edilib. Hazırda xəttin bütün qatarları yeddivaqonlu olmaqla sərnişindaşıma prosesindədir.
 
Metropolitenin Qırmızı və Yaşıl xətləri yalnız beşvaqonlu qatarların hərəkəti üçün nəzərdə tutulub. 1967-ci ildə Bakı metropoliteni istismara verilərkən, üçvaqonlu qatarlardan istifadə olunurdu. 1974-cü ilin may ayından sərnişin tələbatının artması səbəbilə qatar tərkibləri dördvaqonlu olmaqla formalaşdırılıb. 1984-cü ilin yanvar ayından isə Qırmızı və Yaşıl xətlərdə qatarların beş vaqondan ibarət olmaqla komplektləşdirilməsinə başlanılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol