• $
  • €
  • ₽
  • ₺
  • £

“Şərq Bazarı”nı əvvəl tikib, sonra icazə alıblar - Fotofakt

“Şərq Bazarı”nı əvvəl tikib, sonra icazə alıblar - Fotofakt
09.11.2022 10:54
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 15 və 37A ünvanlarında yerləşən "Şərq Bazarı” kompleksinin yenidənqurulması ilə bağlı layihəyə icazə verib.

Yeniavaz.com xəbər verir ki, Komitədən açıqlanan məlumatda "Tİ-03/22” nömrəli icazənin 31.08.2022-ci il tarixində, Tikintilərin Dövlət Reyestri tərəfindən verilmiş "00700003-3-2501-005510/1122” kodun isə 03.11.2022-ci il tarixində verildiyi bildirilir.

Bunlardan başqa şəhərsalma sənədlərinə uyğunluq barədə "02/270” nömrəli rəyin 22.01.2022-ci il tarixində verildiyi qeyd olunub.
Qeyd edək ki, "Şərq Bazarı” kompleksinin yenidənqurulması ilə bağlı işlərə rəsmi icazənin verilməsindən əvvəl başlanılıb. Bu barədə mətbuatda məlumatlar da yayılıb. Dövlət televizyası (AzTV) ötən ilin aprel ayında "Şərq Bazarı”nda aparılan yenidənqurma işlərilə bağlı reportaj hazırlayıb. Kompleksin rəsmi açılışı  isə bu il iyun ayının 6-da baş tutub.

Məlumat üçün bildirək ki, "Şərq Bazarı” kompleksinin yenidənqurulması ilə bağlı işlər "PMD Group” MMC tərəfindən həyata keçirilib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol