• $
  • €
  • ₽
  • ₺
  • £

Nadir çəhrayı brilyant 28,5 milyon dollara satıldı

Nadir çəhrayı brilyant 28,5 milyon dollara satıldı
09.11.2022 17:12
Dünyanın ən böyük çəhrayı brilyantlarından biri olan 18,18 karatlıq "Fortune" Cenevrədə keçirilən hərracda 28,5 milyon dollara satılıb. 

Yeniavaz.com AFP-yə istinadən xəbər verir ki, "Christie's” adlı hərrac mərkəzinin əməkdaşı brilyantı Asiyadan olan fərdi alıcının aldığın deyib.
Bildirilib ki, 18,18 Asiyadan olan alıcılar üçün uğurlu rəqəm hesab olunur. Telefon vasitəsilə baş tutan hərracda brilyant üçün üç iddiaçı iştirak edib və qiymət dörd dəqiqə ərzində 28,5 milyon dollara yüksəlib. 
Məlumat üçün bildirək ki, çəhrayı brilyant planetin yalnız bir neçə yerində tapılır. "Fortune” kimi böyük qiymətli daşlar ən nadir brilyantlar sırasındadır.

Bugünə kimi satılan ən bahalı çəhrayı brilyant 2017-ci ildə Honq-Konqda keçirilən hərracda satılıb. 59,60 karatlıq unikal "Çəhrayı ulduz" adlı brilyant rekord qiymətə – 71,2 milyon dollara satılıb. Bundan başqa bu ilin noyabr ayının 4-də 11,15 karatlıq "Williamson Pink Star” adlı brilyant Honq Konqda 57,7 milyon dollara satılıb.

Onu da qeyd edək ki, çəkisi 10 karatdan artıq olan hər bir çəhrayı brilyantın öz adı olur. Bugünə kimi tapılan ən böyük çəhrayı brilyantın çəkisi 3167,5 karat (633,5 q) olub. Braziliyada tapılan "Sergio” adlı çəhrayı brilyant sonradan 3-5 karatlıq kiçik hissələrə bölünərək satılıb
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol