• $
  • €
  • ₽
  • ₺
  • £

Alimpaşa Məmmədov dövlətə 7 milyon ziyan vurmaqda təqsirləndirilir

Alimpaşa Məmmədov dövlətə 7 milyon ziyan vurmaqda təqsirləndirilir
15.11.2022 12:05
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova verilmiş yekun ittihamlar və cinayət işi üzrə dövlətə dəymiş ziyanın məbləği məlum olub.

 Alimpaşa Məmmədov Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olduğu yeddi il il ərzində xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə dövlətin qanunla qorunan mənafeyinə xələl gətirməkdə ittiham olunur.

İttihamda göstərilib ki, Alimpaşa Məmmədov müxtəlif şəxslərdən külli miqdarda rüşvət almaqla, rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə, külli miqdarda mənimsəmə və israfetmə yolu ilə talama və cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması yolu ilə qulluq mənafeyindən sui-istifadə edib.

Ümumilikdə, Alimpaşa Məmmədov icra başçısı işlədiyi müddətdə mənimsəmə və rüşvət alma yolu ilə 6 804 613 min manat pul vəsaiti əldə edib. O, sözügedən pul vəsaitinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pulu oğlu Adil Məmmədovun adına təsis olunmuş "Az Farel” MMC-nin tikinti xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini təkrar leqallaşdırıb.

Göstərilən əməllərə görə Alimpaşa Məmmədova 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib. Sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır.(APA)
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol