• $
  • €
  • ₽
  • ₺
  • £

“Microsoft Azerbaijan” bağlanır

“Microsoft Azerbaijan” bağlanır
15.11.2022 14:43
"Microsoft Azerbaijan” şirkəti ölkədəki nümayəndəliyi bağlanmaq üzrədir. Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

O bildirib ki, artıq ofisin rəhbəri, əksər işçiləri işdən azad olunublar.

"Bizim uzun illər bu sektorda tanıdığımız dostlarımız artıq "Microsoft Azerbaijan”da çalışmırlar. Görünür , "Microsoft” bu əməkdaşlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyib. Bir neçə il öncə HP-nin ölkəmizdəki nümayəndəliyi bağlansa da, "Microsoft”ın Azərbaycandan gedişini mən təsəvvür belə etməzdim. Onun Azərbaycandan çəkilməsi sadəcə ağlasığmazdır. Azərbaycan nümayəndəliyinin fəaliyyətinin dayandırılması yalnız "Microsoft”ın qlobal siyasəti ilə bağlıdır. Bu, belə deyil. Fikrimcə, bu səviyyəyə gəlib çıxmasına yol verməmək olardı. Zamanında gərəkən addımlar atılmalıydı. Baş verənlər ölkənin innovasiya mühiti, İT biznesi və bütövlükdə, İKT mühiti üçün düşündürücü olmalıdır. "Microsoft”un Azərbaycan ofisinin fəaliyyətini dayandırması bizim üçün utancdır”-, Osman Gündüz bildirib.
 
Aytac

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol