• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə düyələrə embrion transfer edilib

Azərbaycanda ilk dəfə düyələrə embrion transfer edilib
16.11.2022 21:00
Azərbaycanda ilk dəfə resipient düyələrə embrion köçürülməsi həyata keçirilib.
 
Uğurlu köçürmə əməliyyatı Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzində baş tutub.

Xüsusi olaraq bu məqsəd üçün Mərkəzə gətirilmiş 40 baş "Simmental” cinsindən olan düyələrdən 27-si embrion köçürülməsi üçün uyğun sayılıb. Hazırlıq prosesi tam yekunlaşdıqdan sonra yerli və xarici mütəxəssislərin iştirakı ilə 35 düyəyə embrion köçürülməsi həyata keçirilib.

Embrion transferi tətbiqinin əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Embrion transferi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrində uğurla tətbiq edilsə də, ölkəmizdə praktik olaraq tətbiq olunmayıb. Buna səbəb transfer üsulunun baha olması və südlük istiqamətli fermaların azlığı idi. Artıq belə fermaların sayının artması ilə respublikada embrion transferinə tələb formalaşıb.

Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürəhmanov bildirib ki, embrion transferi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur: "Embrion transferi prosesini həyata keçirəcək 5 mütəxəssisimiz Almaniyada müvafiq kurslarda iştirak ediblər. Daha 5 yerli əməkdaşa isə Mərkəzə dəvət olunmuş alman mütəxəssis təlimlər keçib. Embrion transferi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası başqa ölkələrdən damazlıq heyvan idxalından daha asan və ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanları ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayını dəfələrlə artırır”.

Respublika Süni Mayalanma Mərkəzi embrion transferi təcrübəsini Qarabağ atları üzərində də təcrübə etməyə hazırlaşır.
2023-cü ildən başlayaraq yerli süni mayalanma texnikləri və baytarlar embrion köçürülməsi ilə bağlı təlimlərə cəlb olunacaq. Təlimlərdə mütəxəssislərə embrion köçürülmüş heyvanlara qulluq, dölün inkişafını nəzarətdə saxlamaq, heyvandarlıqda müasir innovativ texnologiyaların tətbiqi üsulları öyrədiləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol