• $
  • €
  • ₽
  • ₺
  • £

Üç gün sonra toyları olacaqdı, siqaret faciəyə gətirdi

Üç gün sonra toyları olacaqdı, siqaret faciəyə gətirdi
17.11.2022 11:44
Şəmkirdə iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yanğın baş verib.

Hadisə rayonun Zəyəm Cırdaxan kəndində yaşayış evində qeydə alınıb. Yanğın zamanı rayon sakinləri - 24 yaşlı Elmar İsmayılov və 18 yaşlı Nərmin Cəfərova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, Elmar İsmayılovun yataq otağında çəkdiyi siqaret yatağa düşüb və yanğın buradan başlayıb.

Elmar İsmayılov Nərmin Cəfərovanı qaçırıbmış. 3 gün sonra onların toyu olacaqmış. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə yerinə Şəmkir rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal gələrək yanğının söndürülməsi üçün dərhal tədbirlər görüb:

"2 nəfər yaralı xəstəxanaya çatdırılıb, binanın mühafizəsi təşkil olunub, yanğının digər əraziyə yayılmasının qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol