• $
  • €
  • ₽
  • ₺
  • £

Fərhad Əhmədov jurnalisti məhkəməyə verdi

Fərhad Əhmədov jurnalisti məhkəməyə verdi
02.12.2022 11:48
Rusiya vətəndaşı olan azərbaycanlı milyarder, bugünlərdə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağrılaraq dindirilən Fərhad Əhmədov bir jurnalistin həbs olunması tələbiylə məhkəməyə üz tutub. Buna səbəb onun haqqında hazırlanan reportajdır.

Bildirilib ki, Fərhad Əhmədov "Şimal region” internet televiziyasında yayımlanan reportaja görə məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. O, kanalın rəhbəri Elçin İsmayıllının CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə təqsirli bilinib, həbs olunmasını tələb edir.

Sözügedən materialda İsmayıllıda Aşıq Bayram gölü ətrafında iki hektar torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin icarədarı Ramal Vəliyevin milyarderə qarşı şikayətindən bəhs olunur. O, iddia edir ki, ərazinin satışıyla bağlı aralarında 2022-ci ilin aprelində ilkin müqavilə imzalanıb. Onun sözlərinə görə, sonradan Fərhad Əhmədov öhdəliklərinə əməl etməyib, nəticədə o, ciddi ziyana düşüb.

Fərhad Əhmədov ilkin müqavilə imzalandığını təsdiqləsə də, iddia edir ki, Vəliyevin sənədləri qaydasında olmayıb. Yəni, əksinə, onun özü öhdəliyə əməl etməyib. Kanal da bu məsələləri araşdırmadan onu ittiham edib, işgüzar nüfuzuna zərbə vurub, milyarder bildirir.

Fərhad Əhmədov şikayətini jurnalistin yaşadığı yer üzrə İsmayıllı rayon Məhkəməsinə təqdim edib.

Elə həmin ərəfədə iş adamının evində və obyektlərində DTX əməkdaşlarının axtarışlar aparması haqda xəbərlər yayıldı. Noyabrın 23-də isə Fərhad Əhmədovun özünün DTX tərəfindən saxlandığı iddia olundu. Sonradan onun köməkçisi Ruhəngiz Seyidova "manshet.az”a açıqlamasında işadamının DTX-yə aparılması və orada dindirilməsini təsdiqləsə də, onun saxlanması, ölkədən çıxışına qadağa qoyulması haqda deyilənləri təkzib etdi. O bildirdi ki, F.Əhmədov mərhum polkovnik Babək Səmidliyə aid olduğu deyilən səs yazısıyla əlaqədar DTX-də dindirilib. Həmin səs yazısında ordudakı korrupsiya hallarından bəhs olunur.

Jurnalistə qarşı məhkəmə iclasına FərhadƏhmədov özü gəlməyib, onu vəkili Adil Dadaşov təmsil edib. Vəkil iddianı müdafiə edərək, şikayətin icraata götürülməsini və Elçin İsmayıllının həbsini istəyib.

İsmayıllı isə əksinə, deyib ki, sahibkar Vəliyevin və sənədlərin əsasında sözügedən materialı hazırlayıb. Şikayət əsassızdır, məhkəmə ümumiyyətlə, onu icraata götürüb baxmamalıdır.

Məhkəmədə Ramal Vəliyev də iştirak edib, məhkəmə onu dindirib. O təsdiqləyib ki, deyilənləri internet televiziyasına özü danışıb, bu gün də milyarderdən şikayətçidir, çünki onu aldadıb, ziyana salıb.

Hakim İlqar Hüseynov noyabrın 28-də bütün tərəfləri dinləyəndən sonra milyarderin şikayətini icraata götürməkdən imtina edib.

Fərhad Əhmədovun bu qərardan şikayət verib-verməyəcəyi bəlli deyil.

Fərhad Əhmədovun Azərbaycanda bir neçə müəssisəsi, o cümlədən Göyçay rayonunda nar şirəsi istehsal edən zavodu var. O, Rusiyanın Ukraynaya qarşı müharibəsindən dolayı ABŞ hökumətinin və Avropa İttifaqının sanksiyalarına məruz qalıb. Sanksiyaların elanından sonra bu ilin mayında milyarderin qiyməti 400 milyon avro dəyərləndirilən super yaxtası Almaniyanın Hamburq limanında saxlanılıb. "Forbes” jurnalı F.Əhmədovun sərvətini 1.7 milyard dollar həcmində dəyərləndirib.(Azadlıq radiosu)
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol