• $
  • €
  • ₽
  • ₺
  • £

Son 5 ildə Azərbaycanda vəkillərin sayı 2,5 dəfə artıb

Son 5 ildə Azərbaycanda vəkillərin sayı 2,5 dəfə artıb
06.12.2022 18:30
Son 5 ildə Azərbaycanda vəkillərin sayı 2,5 dəfə artıb.

Bu barədə Vəkillər Kollegiyası (VK) üzvlərinin konfransında nümayiş olunan Kollegiyanın 2017-2022-ci illərdəki fəaliyyətini özündə əks etdirən hesabat filmində yer alıb.

Qeyd edilib ki, 2018-ci ildən başlayaraq Azərbaycan VK tərəfindən ölkəmizdə vəkillərin sayının artırılması üzrə genişmiqyaslı işlər görülməsinə başlanılıb: "Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci illərdə beş yazılı test imtahanı keçirilməklə vəkillərin sayı 931 nəfər təşkil edib. Son 5 il ərzində isə 10 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 2,5 dəfə artaraq 2267 nəfərə çatıb. Vəkillik fəaliyyətini davam etdirən Kollegiya üzvlərinin hazırkı sayı 2 240 nəfər təşkil edir. Nəticə etibarilə gənc vəkillərin sayı artaraq vəkillik xeyli cavanlaşıb".

Bildirilib ki, vəkillərin 54 faizinin yaşı 40-dan yuxarı, qalan hissəsi isə 40 yaşadəkdir: "Hazırda ölkədə 1 836 kişi, 404 qadın vəkil var. Ölkə üzrə vəkillərin 1770 nəfəri Bakıda, 470 nəfəri isə rayonlarda fəaliyyət göstərir. Beləliklə, həm qadın vəkillərin, həm də regionlardakı vəkillərin sayı dəfələrlə artıb".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol