• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlər üçün “Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda təlim keçirilib

Jurnalistlər üçün “Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda təlim keçirilib
06.12.2022 16:12
Başlıq: Jurnalistlər üçün "Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda təlim keçirilib


Dekabrın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün "Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda təlim keçirilib. Təlim Azərbaycanın xarici siyasət gündəmində baş verən son hadisələrin, əməkdaşlıq perspektivlərinin bu sahədə ixtisaslaşmış jurnalistlərə çatdırılması və onların bu xarici siyasətlə bağlı media fəaliyyətlərinə  istiqamət verilməsi məqsədini daşıyır. Təlimdə 25 media təmsilçisi iştirak edib. 


Təlimin açılış mərasimində çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan xarici siyasət gündəminə dair jurnalistlərlə mütəmadi görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, 44 günlük müharibədən sonra regionda yeni reallıqlar formalaşıb və Azərbaycanın səsinin, xarici siyasət kursunun beynəlxalq ictimaiyyətə çatdırılmasında jurnalistlər böyük rola malikdirlər.


Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təlimin dünyada və ölkədə baş verən hadisələri, ictimai-siyasi xarakterli prosesləri təhlil edərək cəmiyyətə çatdıran media nümayəndələrinin bu istiqamətdə praktiki bacarıqlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyib. O, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Medianin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə bu ilin yanvar ayında "Müharibədən sonrakı reallıqlar və media” mövzusunda keçirilən 3 günlük təlimin də Azərbaycan jurnalistlərinin bu istiqamətdə peşəkarlığının artırılması baxımından ciddi praktik addım olduğunu vurğulayıb: "Vətən müharibəsində qazandığımız qələbə bütün sahələrdə olduğu kimi media ictimaiyyətinin də işində əsaslı dönüş yaratmışdır. Qələbənin əldə olunmasında istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərmiş hər bir insanın həyat hekayəsini, möhtəşəm Zəfərimizə verdiyi töhfəni işıqlandırmaq, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, "Böyük Qayıdış”ı geniş auditoriyaya çatdırmaq Azərbaycan jurnalistikasının əsas mövzusudur. İndi Azərbaycan mediası öz işini qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma sərgiləməlidir”.


Təlimçi qismində BMTM-in ixtisaslaşmış ekspertləri iştirak ediblər. BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova "Ermənistanla Azərbaycan arasında nizamlama prosesi”, BMTM-in şöbə müdiri Cavid Vəliyev "Azərbaycan-Türkiyə əlaqələri” və BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədov "Orta Asiyada son dinamikalar, Orta Dəhliz” mövzusunda təlim keçiblər, iştirakçıların suallarını cavablandırıblar. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
 


 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol