• $
  • €
  • ₽
  • ₺
  • £

Moldovada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib

Moldovada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib
06.12.2022 16:38
Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin (MAK) və ASAP-ın təşkilatçılığı ilə Moldovanın paytaxtı Kişinyov şəhərində bir qrup azərbaycanlı gənclərlə görüş keçirilib.

Görüşdə Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri cənab Qüdsi Osmanov, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP)  icraçı direktoru  Rafael Hacıbəyli və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev  iştirak edib.  Azərbaycan-Moldova əlaqələrinin bütün sahələrdə olduğu kimi gənclər sahəsində də uğurla inkişafı, iki ölkə arasında dostluq əlaqələrinin gələcək perspektivləri vurğulanıb.

Görüşdə  gənclərimizlə təhsil zamanı yaranan çətinliklər, yerli təşkilatlara inteqrasiya, yaşam və Moldovada ASAP nümayəndəliyinin qurulması məsələləri ilə  bağlı müzakirələr aparılıb. Gənclər tərəfindən təkliflər dinlənilib və Azərbaycanın Moldovadakı Səfirliyinin dəstəyindən danışılıb.

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) İctimaiyyətlə Əlaqələr Xidməti

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol