• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il iş başında həlak olan jurnalistlərin sayı artıb

Bu il iş başında həlak olan jurnalistlərin sayı artıb
11.12.2022 13:52
2022-ci ildə iş başında həlak olan jurnalistlərin sayı artıb.

Bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) illik hesabatında deyilir.

Buna Ukraynadakı müharibə, Haitidəki xaos və Meksikada cinayətkar dəstələrin zorakılığının artması şərait yaradıb.

Ilin əvvəlindən bugünədək dünyada 67 jurnalist və media işçisi dünyasını dəyişib ki, keçən il bu rəqəm 47 olub.

Ölən jurnalistlərin əksəriyyəti - 12 nəfər Ukraynada həlak olub. Hesabatda qeyd olunur ki, media işçilərinin ölümü daha çox Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk dövründə baş verib. Ukraynadakı həlak olanlar arasında amerikalı sənədli film rejissoru Brent Reno da var.

Mətbuat nümayəndələrinin ölüm sayına görə sonrakı yerləri Çin (11 nəfər) və Myanma (6 nəfər) tutur. Media işçiləri arasında ən yüksək cinayət rekordu da Çin və Myanmadadır. Hesabatda bildirilir ki, ötən il 365 jurnalist həbs edilib.

IFJ-nin baş katibi Entoni Bellanqer deyib ki, jurnalistlərin və digər media işçilərinin qətllərinin sayının kəskin artması böyük narahatlıq doğurur və dünya dövlətləri üçün növbəti həyəcan siqnalıdır. (report.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol