• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşada sülhməramlılara qarşı aksiya keçirilir - YENILƏNİB - VİDEO

Şuşada sülhməramlılara qarşı aksiya keçirilir -  YENILƏNİB - VİDEO
12.12.2022 12:31
Bu gün Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri və ictimai fəalların sülhməramlılarının erməni təxribatlarına qarşı Şuşanın girişində aksiya keçiriblər.
 
Aksiyaya səbəb Laçın yolunda ekoloji terrora son qoyulması olub. Etirazçılar sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb ediblər.
 
Ərazidən verilən məlumata görə, Rusiya sülhməramlılarının hərbçisi "Report”un avtomobilinə avtomat silahla zərər yetirdiyi bildirilib.

Məsələ ilə bağlı Milli məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Aqil Abbas söyləyir ki, erməni saytları buna təxribat deyə bilməzlər.

"Təxribatı törədən erməni və onların sülhməramlılarıdır. Bəyənnamədə deyilir ki,hər iki tərəf üçün şərait yaradılmalıdır. Ancaq ermənilər ora yerləşib, özlərinə şərait yaradırlar. Biz Ağdərə olundan istifadə edə bilmirik. Öz ata-baba yurdumuza gedə bilmirik. QHT və jurnalistlərin aksiya keçirmələri tam doğrudur. Burda qeyri-adi heç nə yoxdur. Erməni saytları buna təxribat deyə bilməzlər. Aksiya ilə etirazımızı bildirməliyik. Əgər aksiyalara cavab verməsələr, yumruq etirazı bayraktarla olacaq",- deputat vurğulayıb.
 
Ermənistan mediası bu gün keçirilən aksiya ilə bağlı Azərbaycanı təxribatçı ölkə adlandırıb.
 
2022-ci il dekabrın 3-də və 7-də İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.  Lakin ermənilərə görə baş tutmayıb.
 


 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol