• $
  • €
  • ₽
  • ₺
  • £

“Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda panel müzakirəsi keçirilib

“Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda  panel müzakirəsi keçirilib
12.12.2022 22:04
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə ADA Universitetində Ümummilli lider Heydər Əliyevin anım  gününə həsr olunmuş "Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli”  mövzusunda  panel müzakirəsi keçirilib.

Tədbir başlamazdan əvvəl Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin birinci hissəsində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Rafael Hacıbəyli çıxış edərək Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və məişət problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə nailiyyətləri ilə seçilirlər.

Tədbirin ikinci hissəsi panel müzakirələri formatında davam edib.

"Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda keçirilən müzakirədə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Azərbaycan Respublikasının sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu sahədə olan araşdırmalarını gənclərlə bölüşüb. Qeyd olunub ki, Ulu öndərin müəyyən etdiyi xarici siyasət hər şeydən əvvəl dünyanın bütün dövlətləri ilə bərabər hüquqlu surətdə faydalı əlaqələr qurmaq və inkişaf etdirmək məqsədini daşıyır. Məhz Ulu öndərin səyləri ilə əsası qoyulan enerji siyasəti Azərbaycanın iqtisadi inkişafının əsasını təşkil etmişdir. Bu uğurlu siyasət müxtəlif sahələrdə effektiv islahatların aparılmasına, o cümlədən ən vacib amil kimi gənclərin timsalında insan kapitalının inkişafına təkan verib.

Fiziki və mənəvi cəhətdən sağlam gənclik 44 günlük  Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfərimizin aparıcı qüvvəsi olmuşdur. Otuz il əvvəl dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə dönüşü ilə ölkəmizdə başlanmış yeniləşmə və inkişaf  Prezident İlham Əliyevin xalqımıza qazandırdığı tarixi Zəfərin işığında yeni bir mərhələyə yüksəldi. 

İlham Əliyevin də hər zaman öz çıxışlarında qeyd etdiyi kimi: müasir dövrdə və Azərbaycanın mövcud şəraitində xaricdə azərbaycan icmalarının, xüsusilə də azərbaycanlı tələbə və məzunların təmsilçilik istiqamətində rolunun vacib olduğu kimi, eyni zamanda təhsili başa vurmuş məzunların Azərbaycana ixtisaslaşmış insan resursları kimi qayıdaraq hər bir sahədə töhfə verməsi olduqca önəmlidir. Məhz bu səbəbdən, ölkə xaricində təhsil alan tələbələr və məzunlar olaraq, bu amalda müxtəlif istiqamətlərdə işlər görülür, Azərbaycanın beynəlxalq arenada layiqincə təmsil olunması üçün çalışır.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol