• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell eSİM xidmətini təqdim edir!

Azercell eSİM xidmətini təqdim edir!
13.12.2022 15:46
Lider mobil operator müştərilərə eSİM xidmətinə ödənişsiz və onlayn keçid etməyə imkan yaradır
 
"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə sadiq qalaraq, "Azercell Telekom” bütün istifadəçiləri üçün müasir rəqəmsal xidmət üsullarını daha da rahat edir. Lider mobil operatorun təqdim etdiyi eSİM xidməti, şirkətin məhsul və xidmətlərini rəqəmsallaşdırmaq, abunəçilərinə daha çevik və yeni formatlı müştəri təcrübəsi imkanları yaratmaq istiqamətində növbəti addımdır. 
 
Mövcud Azercell nömrəsini eSİM-ə dəyişmək istəyən abunəçilər Azercell-in onlayn satış platforması www.azercellim.com üzərindən birdəfəlik OTP kod vasitəsilə xidməti tam ödənişsiz aktivləşdirə bilər. Abunəçilərin, həmçinin şirkətin satış məntəqələrinə də müraciət edərək  bu xidmətdən yararlanması mümkündür. Qeyd etmək lazımdır ki, eSİM ilk keçid əməliyyatı pulsuz, sonrakı bütün SIM kart dəyişiklikləri isə mövcud tariflərə uyğun ödənişli əsaslar ilə təklif ediləcək.


Azercell eSİM nömrələrini ilk dəfə əldə edən şəxslər isə xidmətdən operatorun diler şəbəkəsində, və ya Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə onlayn şəkildə faydalana bilər.  Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza  vasitəsilə imzalanmış sənədlər hüquqi baxımdan əl imzasına bərabərdir. 
 Azercell tərəfindən təqdim olunan eSİM nömrələrində bir neçə səviyyəli inteqral təhlükəsizlik və autentifikasiya protokolu mövcuddur. 
 
Fiziki SİM kartlarla müqayisədə eSİM bir çox üstünlüklərə malikdir: mobil cihaz itdikdə, oğurlandıqda, və ya zədələndikdə istifadəçinin məlumatlarını qoruyur və bir mobil cihazda bir neçə nömrəni SİM kartı dəyişmədən daşımağa imkan verir. Bundan əlavə, eSİM ekoloji baxımdan zərərsizdir və beləliklə, qlobal dayanıqlılıq məqsədlərinə uyğun hesab edilir.  



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol