• $
  • €
  • ₽
  • ₺
  • £

“Formula 1” yarışının biletləri satışa çıxarılıb

“Formula 1” yarışının biletləri satışa çıxarılıb
15.12.2022 10:59
2023-cü ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi üçün bilet satışı başlayıb.
 
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, İndidən bilet əldə etmək istəyən azarkeşlər yanvarın 15-dək davam edəcək 20 faiz erkən satış endirimindən yararlana biləcəklər:
 
"Bu il daha çox yerli azarkeşin F1 yarış həyəcanını yaşaması və Dənizkənarı Milli Parkda əyləncələrdən zövq alması üçün erkən bilet satışı dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığında təklif olunacaq. Fürsətdən istifadə edərək, avtoidman həvəskarlarını bu kampaniyadan vaxt itirmədən faydalanmağa dəvət edirik".
 
Biletlər "28 Mall", "Gənclik Mall", Heydər Əliyev Sarayı, Kiosk 1 (Azərbaycan kinoteatrı), Kiosk 2 (Nizami küçəsi), ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4 və ASAN Sumqayıda satılacaq.
 
Azərbaycan Qran-prisi 28 - 30 apreldə olacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol