• $
  • €
  • ₽
  • ₺
  • £

Sertfikasıyadan keçməyən 20 faiz müəllim heç bir sualın cavabını bilmir - NAZİR

Sertfikasıyadan keçməyən 20 faiz müəllim heç bir sualın cavabını bilmir - NAZİR
15.12.2022 13:53
Sertfikasiyadan keçməyən 20 faiz müəllim var ki, onlara nə sual versən cavab verə bilməyəcəklər. Bunu Milli Məclisin bu gün keçirilən "Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə zamanı nazir Emin Əmrullayev deyib.

"Sertfikasiyadan keçməyən müəllimlər üçün təlimlər keçirilir. Amma bəzi müəllimlər var ki, təlimlərdə iştirak etməsinə baxmayaraq imtahandan keçə bilmirlər. Onlara hansı sual verilsə də cavab verə bilməyəcəklər”, - nazir bildirib.

Emin Əmrullayevin sözlərinə görə növbəti il 7 min müəllim sertfikasiya imtahanına cəlb olunacaq. 

Təhsil naziri siniflərdə uşaq sayının çox olmasını dərsin kefiyyəti ilə heç bir əlaqəsi olmadığını da vurğulayıb.

"Sinifdə şagird sayının çox olması dərsin kefiyyətinə təsir edə bilməz. Məsələn nəticələrə baxsaq görərik ki, mərkəzdə şagir sayı çox olan sinifin şagirdlərinin nəticələri daha yaxşıdır. Amma hər hansı bölgədə sinifdə oxuyan 10-12 şagird nəticəsi isə çox aşağıdır. Ona görə də bu problem deyil. Amma texniki baxımdan şagirdlərin sayının çox olması yaxşı hal sayılmır” – nazir bildirib.

Təhsil naziri deputatların "repititorların fəaliyyəti ləğv olunmalıdır” açıqlamasına cavab olaraq deyib ki, repitotrlar başqa planetdən gələn adamlar deyil. Onların dərs dediyi şagirdlər də bu təhsilin nümayəndəsidir. Sadəcə bu probemin kökünü axtarmaq lazımdır. 

Emin Əmrullayev ali məktəbdə müəllimlərin də sertfikasıya imtahanından keçirilməsinə münasibət olaraq deyib ki, buna hələ ki ehtiyac duyulmur. 


"Elə ixtisaslar var ki, orada müəllim sayı azdır və ya bir müəllim var. Biz onlarla necə imtahan aparaq? Ona görə də hələ ki, universitet müəllimlərinin sertfikasiya imtahanına cəlb edilməsi planlaşdırılmır” – Əmrullayev vurğulayıb. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol