• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yaşayan ukraynalıların sayı açıqlanıb

Azərbaycanda yaşayan ukraynalıların sayı açıqlanıb
16.12.2022 16:27
Ukraynada baş verən müharibəyə görə, hazırda Azərbaycanda 7036 Ukrayna vətəndaşı yaşayır.  Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
 
Ukraynadan və digər silahlı münaqişə olan ərazilərdən qaçıb gəlmiş şəxslər hələlik qaçqın statusu ilə təmin olunmayıblar. Onların yarısından bir qədər çoxu 24 fevraldan sonra Azərbaycana gələnlərdir. Qanunvericilik icazə verir ki, onlar 90 gün Azərbaycan ərazisində məskunlaşsınlar. Bu müddət onlar ölkədən getmədiyi təqdirdə avtomatlaşdırılmış şəkildə uzadılır. 
 
Xidmət rəisi əlavə edib ki, İrandan da Azərbaycana gələnlər az deyil.
 
"Onların dəqiq statistikası bəlli deyil. Onlar hava yolu ilə ölkəmizə daxil olurlar”- xidmət rəisi bildirib.
 
Hazırda ölkədə 167 min əcnəbi yaşayır. Bunların içərisində qonşu ölkələr - Rusiya, Gürcüstan, İran, Türkiyə və Ukrayna vətəndaşları üstünlük təşkil edir.
 
Aytac

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol