• $
  • €
  • ₽
  • ₺
  • £

Qulu Məhərrəmliyə yeni vəzifə verildi

Qulu Məhərrəmliyə yeni  vəzifə verildi
21.12.2022 15:02
Professor Qulu Məhərrəmli BDU-nun Jurnalistika fakültəsində kafedra müdiri vəzifəsinə seçilib. Bu barədə  Mətbuat Şurasından bildirilib.

Qulu Məhərrəmli bundan sonra "Multimedia və elektron kommunikasiya” kafedrasına rəhbərlik edəcəyi bildirilib.
 
Professor 24 ildir ki, həmin kafedrada çalışır.
 
Qulu Məhərrəmli 1954-cü ildə Zəngilanda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 
 
1978-ci ildən təyinatla Azərbaycan televiziyasına göndərilib.
 
"Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayan jurnalist 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı olub. Məhərrəmli 2005-ci ildə AzTV şirkətdən qapalı səhmdar cəmiyyətə çevrildikdən sonra "Səhər” proqramının baş redaktoru təyin edilib

Uzun illər AzTV-də müxtəlif vəzifələrdə çalışan professor 2007-ci ildə "Müəllif proqramları və xüsusi layihələr” departamentinin direktoru təyin olunub. Həmin ilin oktyabrın 2-də isə AzTV-ni tərk edib.

Jurnalist 2007-ci ilin oktyabrın 3-dən "Xəzər” TV-də fəaliyyətini davam etdirib.
 
2007-2012-ci illər arasında "Xəzər” TV-də "Dost məclisi” və "Gündəm” proqramlarını aparıb.
 
 Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol