• $
  • €
  • ₽
  • ₺
  • £

2022-ci ildə Azərbaycan praqmatik xarici siyasət yeridir - Ceyhun Bayramov

2022-ci ildə Azərbaycan praqmatik xarici siyasət yeridir - Ceyhun Bayramov
27.12.2022 16:33
2022-ci ildə Azərbaycan açıq və praqmatik xarici siyasət yürüdür. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov  bildirib. 

"Azərbaycan açıq, praqmatik xarici siyasət yürüdüb. Bu siyasət  ərazi bütövlüyünün təmin edilməsinə yönəldilib", - Bayramov çərşənbə axşamı 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilk növbədə qonşu dövlətlərlə, xüsusən də Türkiyə ilə ikitərəfli münasibətlərə böyük diqqət yetirib.
 
"Azərbaycan Rusiya ilə uğurlu siyasətini davam etdirib, çoxlu sayda qarşılıqlı səfərlər olub. Gürcüstanla münasibətlər durmadan inkişaf edir. 2022-ci ildə Mərkəzi Asiya ölkələri ilə əlaqələr fəal şəkildə inkişaf edir”.

Bayramov vurğulayıb ki, bu il Bakı ABŞ, Çin ilə intensiv dialoqu davam etdirib, Qoşulmama Hərəkatı çərçivəsində fəal və uğurlu siyasət həyata keçirib. Həmçinin Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə fəal qarşılıqlı fəaliyyət aparılıb, NATO ilə əməkdaşlıqda strateji əhəmiyyətini saxlamaq mümkün olub.

"2022-ci ildə Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarının sayı 89-a çatıb", - XİN rəhbəri əlavə edib.
 
Onun sözlərinə görə, Azərbaycan 69 ölkəə ilə diplomatik danışıqların 30, iki ölkə ilə isə 25-illiyini qeyd edib. Bu il Azərbaycanın İsraildə səfirliyi açılıb. 
 
Nazir bildirib ki, 2022-ci ildə müsabiqə nəticəsində 67 gənc diplomat  seçilib. Onlardan 38-i işlə təmin olunub. Digərlərin də yaxın zamanlarda işlə təmin olunacağı gğzlənilir. 
 
Ceyhun Bayramov bildirib ki, 2023-cü ildə də belə bir müsabiqənin keçirilməsi və gənc diplomatların seçilməsi nəzərdə tutulub.
 
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol