• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş bankerin oğlu olduğunu iddia edən şəxs Prezidentə və xanımına müraciət etdi - VİDEO

Keçmiş bankerin oğlu olduğunu iddia  edən şəxs Prezidentə və xanımına müraciət etdi - VİDEO
29.12.2022 15:07
Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun oğlu olduğunu iddia edən şəxs Prezindet İlham Əliyev və Birinci xanım Mehriban Əliyevadan kömək istəyib.  O, bu barədə sosial şəbəkələrdə videomüraciət yayıb.
 
Videoda Aqil adlı 14 yaşlı yeniyetmə Elman Rüstəmovun atası olduğunu və onu təhdid etdiyini iddia edib.
 
"O, mənə soyadını verməyib. Onun oğlu olduğuma görə utanıram. Həyatda cəmi 3 dəfə görmüşəm, əsl adının Elman olduğunu da bu yaxınlarda bildim. Özünü mənə ilk dəfə təqdim edəndə adının Məmməd olduğunu dedi. İki il olar ki, adının Elmar olduğunu bilmişəm",- yeniyetmə bildirib.

2022-ci il aprelin 1- də Prezident İlham Əliyev Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlüyündən xaric edilməsi məsələsinə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılmış və layihə təsdiqlənərək plenar iclasa tövsiyə edib. 2022-ci il aprelin 12- də  keçirilən plenar iclasda iştirak edən 102 deputatın hər birinin "lehinə" səsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatı təsdiqlənmiş və Elman Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlüyündən xaric edilib.

2007-ci ildə Azərbaycan Şahmat Federasiyasının sədri vəzifəsinə seçilib. Bu vəzifədə 2021-ci ilə qədər fəaliyyət göstərib.

Azərbaycan Respublikasının baş naziri Əli Əsədovun 2022-ci il 13 aprel sərəncamı ilə Elman Rüstəmov baş nazirin müşaviri vəzifəsinə təyin olunub.

Keçmiş bankerin oğlu olduğunu iddia edən şəxsin videomüraciətini təqdim edirik:
 
 
 Aytac Zeynalova


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol