• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərin sertifikasiya imtahanının statistikası AÇIQLANIB

Müəllimlərin sertifikasiya imtahanının statistikası AÇIQLANIB
29.12.2022 18:30
Elm və Təhsil Nazirliyi 2022-ci il üzrə müəllimlərin sertifikatlaşdırılması imtahanının statistikasını açıqlayıb.
 
Nazirlikdən bildirilib ki, ilk dəfə cari ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunublar.
 
Test mərhələsinə dəvət edilən 11 min 665 nəfərdən 11 min 211-i imtahanda iştirak edib. Onlardan 8 min 843-ü keçid balını toplayıb. Müsahibə mərhələsində 8 min 784 nəfər təhsilverən iştirak edib və onlardan 8 min 751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.
 
Sertifikatlaşdırmadan keçmiş 3 min 127 müəllimin vəzifə maaşına 35 faiz, 5 min 624 təhsilverənə isə 10 faiz əlavələr edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol