• $
  • €
  • ₽
  • ₺
  • £

Ən çox turist qəbul edən ölkələr açıqlandı - Türkiyə ilk sırada qərar tutdu

Ən çox turist qəbul edən ölkələr açıqlandı - Türkiyə ilk sırada qərar tutdu
05.01.2023 17:15
Türkiyə ölkəyə səfər edən turistlərin sayına görə Fransa və İspaniyadan sonra İtaliya və ABŞ-ı qabaqlayaraq üçüncü yeri tutub. 

"Economy” qəzetinin Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (UNWTO) məlumatlarından sitat gətirdiyi xəbərə görə, UNWTO-ya üzv ölkələrin məlumatlarında 2019-cu ildə ən çox ziyarətçi qəbul edən ilk 10 ölkə siyahısında altıncı sırada olan Türkiyə üçüncü yerə yüksəlib və gəlirlərinin artırılmasında göstərdiyi performansla birinci olub. 

UNWTO məlumatlarına görə, 2022-ci ildə təxminən 1 milyard insan səyahət edib. Pandemiya səbəbindən bu rəqəm 2021-ci ildə 447 milyon, 2020-ci ildə isə 409 milyon olub. 

2022-ci ildə turistlərin ən çox gəldiyi ilk üç ölkə Fransa, İspaniya və Türkiyədir. 

Türkiyə 51 milyon turistlə 50 milyon turistə çatan ABŞ və İtaliyanı qabaqlayıb. Fransa 82 milyon turistlə birinci yeri tutarkən, İspaniyanın 74 milyon turistə ev sahibliyi edəcəyi təxmin edilir. 

İlk 10-luğu Rusiya, Meksika, Yunanıstan, İngiltərə, Almaniya, Portuqaliya, Bolqarıstan, İran tamamlayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol