• $
  • €
  • ₽
  • ₺
  • £

Əvəz Zeynallının həbs-qətimkan tədbirinin müddəti uzadılıb

Əvəz Zeynallının həbs-qətimkan tədbirinin müddəti uzadılıb
06.01.2023 15:40
"Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı Bakı Apelyasiya Məhkəməsində həbs-qətimkan tədbirinin müddətinin daha 3 ay uzadılması ilə bağlı Binəqədi Rayon Məhkəməsinin verdiyi qərardan şikayətə baxılacaq. Bu barədə Əvəz Zeynallının həyat yoldaşı, jurnalist Məlahət Zeynallı məlumat yayıb.

Qapalı keçirilən məhkəmə iclasında Əvəz Zeynallı özü də iştirak edib. Sifarişlə həbs olunduğunu vurğulayan "Xural TV” rəhbəri heç bir cinayət törətmədiyini deyib.

Onun vəkili Rəşad Əliyev bildirib ki, Əvəz Zeynallı haqqında həbs qətimkan tədbiri seçilməsi üçün əsas yoxdur. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs haqqında alternativ qətimkan tədbiri seçməklə də istintaqı aparmaq olar. Rəşad Əliyev əmindir ki, Əvəz Zeynallının azadlıqda qalması istintaqın gedişinə heç bir təsir göstərməyəcək.

Lakin məhkəmədə iştirak edən prokurorluq təmsilçisi bununla razılaşmayıb və Əvəz Zeynallının həbsdən buraxılmasına etiraz edib.
 
O bildirib ki, onun azadlıqda qalması istintaqın gedişinə mane ola bilər.

Apelyasiya məhkəməsi şikayəti təmin etməyib – Binəqədi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
 
Vəkil Elçin Sadıqov və "Xural TV” saytının təsisçisi Əvəz Zeynallı bu il sentyabrın 10-da hazırda həbsdə olan iş adamı Rasim Məmmədovun rüşvət iddası ilə saxlanılıblar.
 
Sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.

Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) Elçin Sadıqov isə rüşvətə köməklikdə ittiham edilib.

 
"Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.
 
Aytac



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol