• $
  • €
  • ₽
  • ₺
  • £

Tofiq Yaqublunun həyat yoldaşı aclıq aksiyasına başladı

Tofiq Yaqublunun həyat yoldaşı aclıq aksiyasına başladı
07.01.2023 17:45
Milli Şuranın üzvü Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu aclıq aksiyasına başlayıb.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Mən də aclıq elan edirəm. Bu gün təcridxanada Tofiq ilə görüş günüm idi. Düşündüm ki, bəlkə, sovqatı qəbul edib, mənə görüş verərək Tofiq Yaqublunun tələblərini yerinə yetirərlər və bununla da Tofiq Yaqublu aclığı dayandırar. Ancaq sovqatı qəbul etmədilər. Təkidlə israr edəndən sonra mənə görüşə icazə verdilər. Görüş otağında görüşləri şüşə arxasından verirlər. Orada adamların bir-biri ilə əlaqə qurması üçün isə telefonlardan istifadə edilir. Ancaq bu gün görüş otağındakı bütün telefonlar işləmirdi. Sözsüz ki, bu bizim bir-birimizlə rahat danışmağımıza əngəl yaratmaq üçün edilmişdi. Çətinliklə də olsa, bir-birimizlə cəmi 10 dəqiqə də olsa, danışa bildik. Tofiqi görəndə şoka düşdüm. Dəhşətli dərəcədə arıqlamışdı. Sonuncu dəfə aclıqdan sonra necə görmüşdünüzsə, eləcə idi. İçəridə yeməklər yaxantı olduğundan yeyə bilməyib. Yalnız peçenye ilə qidalandığını bildirdi. Kamerada adam çox olduğundan apardığım peçenyelərin də çox az hissəsini qəbul edə bilib. Anlayacağınız Tofiqin vəziyyəti çox pisdir. Hər an faciə baş verə bilər.

Mən də bu gündən yoldaşıma dəstək olaraq aclıq aksiyasına qoşuluram. Tofiqi göz görə-görə həbsxanada öldürürlər. Onsuz da gördüyü işgəncələr, həbsxanalar onun səhhətinə çox ciddi zərərlər verib. Biz neçə dəfə onu ölümün caynağından geri almışıq. Bu dəfə artıq elə olmayacaq. Mən həmişə yoldaşıma dayaq olmuşam. Baxmayaraq ki, mənim də səhhətimdə ciddi problemlər var, amma hər şeyə rəğmən mən də bu gündən evimdə aclıq edirəm. Öləcəyiksə, bərabər öləcəyik”, - Yaqublu yazıb.

 Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə keçirilən etiraz aksiyasında saxlanılıb. Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib. O, qanunsuz həbsi və hüquqlarının pozulmasına etiraz olaraq yanvarın 5-dən aclığa başladığını açıqlayıb.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol