• $
  • €
  • ₽
  • ₺
  • £

8 xəstə Qarabağdan Ermənistana köçürülüb

8 xəstə Qarabağdan Ermənistana köçürülüb
16.02.2023 17:58
Fevralın 16-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Qarabağda olan 8 nəfər xəstə Laçın dəhlizi ilə Ermənistana aparılıb. Bu barədə Ermənistan mətbuatı yazıb. 

Laçın dəhlizində aksiya başlayan gündən bu günə qədər Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə ümumilikdə 105 xəstə Qarabağdan Ermənistana aparılıb.

Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir. Həmin müddətdə Qarabağın erməni əhalisi  də azərbaycanlı ekoloqlara cavab olaraq  iki etiraz aksiyası təşkil ediblər.  Onların aksiya keçirməsinin əsas səbəbi Laçın dəhlizinin bağlı olması, əhalinin ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum edilməsi göstərilib.   
 
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı yolu açmağa çağırıb. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Rəsmi Bakı dəhliz ilə humanitar yüklərin daşındığını da vurğulayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu il 75 üçəm doğulub
Cəmiyyət 15:13
Bu il 75 üçəm doğulub
Azərbaycan əhalisinin sayı açıqlanıb
Cəmiyyət 15:11
Azərbaycan əhalisinin sayı açıqlanıb
Zahid Oruc: DİM-in funksional müstəqilliyi qorunmalıdır
Cəmiyyət 14:32
Zahid Oruc: DİM-in funksional müstəqilliyi qorunmalıdır
Sabah bu yolda avtomobilin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 13:54
Sabah bu yolda avtomobilin hərəkəti məhdudlaşdırılacaq
Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir - Rəsmi
Cəmiyyət 13:40
Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir - Rəsmi
Böyük vədlərlə başlamaq istəməzdim - ilk açıqlama
Cəmiyyət 13:24
Böyük vədlərlə başlamaq istəməzdim - ilk açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol