• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST duzdan çox istifadə edən ölkələrə xəbərdarlıq edib

ÜST duzdan çox istifadə edən ölkələrə xəbərdarlıq edib
10.03.2023 13:33
Əgər ölkələr qidada duzun azaldılması siyasətini aktiv şəkildə həyata keçirsələr, hər il 7 milyona qədər insanın həyatını xilas etmək olar. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının natrium qəbulu ilə bağlı ilk qlobal hesabatı dərc olunub.

ÜST xəbərdarlıq edir ki, həddindən artıq natrium sağlamlığa zərərlidir və onun istehlakı ürək xəstəliyinə,insult və vaxtından əvvəl ölümə səbəb ola bilər. 

Eyni zamanda, həddindən artıq natrium qəbulu ilə mədə xərçəngi, piylənmə, osteoporoz və böyrək xəstəlikləri kimi digər xəstəliklərin artması riski arasında əlaqəni dəstəkləyən sübutlar artır.

Natriumun əsas mənbəyi qidaya əlavə edilən adi duzdur (natrium xlorid). Dünyada orta hesabla gündə 10,8 qram duz qəbul edilir. Bu, ÜST-nin gündə 5 qramdan az duz (bir çay qaşığı) tövsiyə etdiyindən iki dəfə çoxdur. 

Natrium qida əlavələrində də var. Ən yaxşı nümunə, tez-tez çipslər, hazır əriştə, soya sousu, ucuz bulyon kubları kimi məhsulların istehsalında istifadə olunan monosodium glutamatdır.

ÜST-nin Baş Direktoru Dr Tedros Adhanom Ghebreyesus bildirib ki, əksər ölkələr hələ də natrium qəbulunu azaltmaq üçün məcburi tədbirlər görməlidirlər,əks halda onların əhalisini infarkt, insult və digər sağlamlıq problemləri riski ilə üz-üzə qoyur.

ÜST-nin məlumatına görə, bu gün ÜST Üzv Dövlətlərinin yalnız 5 faizi , yalnız doqquz ölkə - Braziliya, Çili, Çexiya, Litva, Malayziya, Meksika, Səudiyyə Ərəbistanı, İspaniya və Uruqvay - məcburi və hərtərəfli natrium azaldılması siyasəti ilə qorunur. 

ÜST-nin Avropa Regionunda natriumun azaldılması siyasətini qismən həyata keçirən ölkələrə Belarus, Ukrayna və Özbəkistan daxildir. Ən pis vəziyyət Ermənistan, Tacikistan və Qırğızıstandadır ki, hakimiyyət indiyə qədər yalnız tədbir görəcəyini vəd edib.

ÜST ekspertləri xatırladırlar ki, natrium qəbulunun azaldılması üçüncü Dayanıqlı İnkişaf Məqsədinə - sağlam həyat tərzinin təmin edilməsinə nail olmaq üçün ən mühüm addımdır. Hesabata görə ölkələr indi hərəkətə keçməsə, dünya 2025-ci ilə qədər natrium istehlakını azaltmaq hədəfini əldən verəcək.

ÜST duzun miqadarını azalmat üçün aşağıdakı təklifləri irəli sürüb.

-Duzun miqdarını azaltmaq üçün məhsulları yenidən formalaşdırmaq və qidalarda natrium miqdarı üçün hədəflər təyin etmək;

-Dövlət qurumlarına, xəstəxanalara, məktəblərə və qocalar evlərinə duz və ya natriumla zəngin qidaların tədarükünü məhdudlaşdıran dövlət satınalmaları siyasətinin hazırlanması;

-İstehlakçılara aşağı natrium tərkibli qidaları seçmək imkanı vermək üçün qablaşdırma qanunlarının tətbiqi;

- uz və natrium qəbulunun azaldılmasına yönəlmiş məlumat kampaniyaları aparmaq.
 
Gülnar Nazimqızı 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol