• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Agentliyinin bu səlahiyyətləri TƏBİB-ə verildi

Dövlət Agentliyinin bu səlahiyyətləri TƏBİB-ə verildi
13.03.2023 11:41
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) bir sıra səlahiyyətləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) verilib.


Bu Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb.


Dəyişikliyə əsasən, Hava-damcı yolu ilə keçən və karantin tədbirləri nəzərdə tutulan yoluxucu xəstəliklərin siyahısını müəyyən edən qurumlar sırasına TƏBİB əlavə olunub, İTSDA siyahıdan çıxarılıb. Bundan sonra hava-damcı yolu ilə keçən və karantin tədbirləri nəzərdə tutulan yoluxucu xəstəliklərin siyahısını Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təklifləri əsasında Nazirlər Kabineti müəyyən edəcək.


"Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları”na əsasən, indiyə qədər qol-nəqliyyat hadisələri nəticəsində dəymiş zərərin İqtisadiyyat Nazirliyi tərəfindən qiymətləndirilməsi və hesablanması üçün məlumatların təqdim edilməsi ilə bağlı verilən sorğuya əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları, İcbari Sığorta Bürosu tələb olunan göstəriciləri aidiyyəti üzrə müvafiq formaya uyğun olaraq hər ilin noyabr ayı ərzində Nazirliyə təqdim etməli idilər. Bu siyahıda da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əvəzlənib.


Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə "İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi”nə dəyişiklik edilib. Həmin siyahıya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də əlavə edilib.


Həmçinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi COVID sertifikatlarının və xarici sertifikatların etibarlılığını yoxlamaq üçün sertifikatlarda göstərilən məlumatlara, həmçinin müşayiətedici sənədlərdəki məlumatlara (təqdimatı lazım olduqda) daxil olmaq hüququna malik olacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol