• $
  • €
  • ₽
  • ₺
  • £

Yaxın aylarda Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq

Yaxın aylarda Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq
27.03.2023 20:56
"Bu ilin əvvəllərində Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirmə işləri bitib və yaxın aylarda stansiyanın tikintisinə başlanılacaq. Bunu "ASAN Radio"nun efirində "Rəqəmsal Dialoq" verilişinin qonağı olan "Teleradio" İB-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Elman Həsənov deyib.

"Bu stansiya "Bakı Teleqüllə Kompleksi"ndən sonra Azərbaycanda ikinci metal-beton konstruksiyalı, yeni dizaynlı bir stansiya olacaq. Onun işıqlanması və görüntüsü çox maraqlıdır. Stansiyada təkcə radio və televiziya yayımı olmayacaq, telestudiyalar da yerləşdiriləcək", - Həsənov əlavə edib.

O işğaldan azad edilmiş ərazilərdə digər stansiyaların da tikintisinin planlaşdırıldığını vurğulayıb.

"Bunlar Zəngilanda Mincivan stansiyası, Qubadlının Xanlıq və Balasoltanlı stansiyalarıdır. İşğaldan azad edilmiş ərazilərdə vaxtilə 25-ə yaxın stansiya olub. Bu ərazilər işğaldan azad edildikdən sonra ilkin monitorinqlər nəticəsində 20-ə yaxın stansiyanın bərpa edilməsinə qərar verildi. Bu, maksimum saydır. Hazırda bu istiqamətdə işlər davam edir. Azad edilmiş ərazilərdə 6 stansiyada yayım bərpa olunub. Onlardan ən böyüyü Şuşada müvəqqəti stansiyadır. Bu stansiyada 10-a yaxın televiziya proqramı və 7 FM kanalı yayımlanır. Digəri Xocavəndin Hadrut qəsəbəsi yaxınlığında Şahyeri stansiyasıdır. Burda da 10-a yaxın televiziya proqramı və 5 FM kanalı yayımlanır. Laçın və Kəlbəcərdə də müvəqqəti olaraq radio və televiziya yayımını bərpa etmişik", - qurum rəsmisi vurğulayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol