• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 88 dövlət əmlakı hərraca çıxarılacaq

Azərbaycanda 88 dövlət əmlakı hərraca çıxarılacaq
29.03.2023 20:00
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 4, 11, 12, 18 aprel tarixlərində keçiriləcək hərraca 88 çeşidli əmlaklar çıxarılacaq.
Bu barədə Dövlət Xidmətindən bildirilib.

Aprelin 4-də keçiriləcək hərraca 10 obyekt, 11-də isə 14 obyekt və 33 nəqliyyat vasitəsi çıxarılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, hamam, iaşə obyektləri, mağaza da var.

Aprelin 12-də keçiriləcək hərraca "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna məxsus 4 avtomobil çıxarılıb.

18 aprel tarixində təşkil olunacaq hərracda isə alıcılara 27 nəqliyyat vasitəsi təklif olunur. Qeyd olunan tarixə çıxarılan nəqliyyat vasitələrinin siyahısında ilkin start qiyməti 30 000 manat olan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə məxsus "Elxan Kazımov" gəmisi (buraxılış ili 1959-cu ildir) də var.

Qeyd edək ki, gəminin uzun müddət istismarsız olması, sərt dəniz mühitinin təsiri, xidmət edən mexanizmlərin aşınmaya məruz qalması, hazırkı texniki vəziyyətinin Beynəlxalq Dəniz Təşkilatının (İMO) tələblərinə uyğun gəlməməsi və göstərilən qüsurların bərpası və gəminin əsaslı təmirinə həddən artıq maliyyə vasitələrinin tələb olunduğunu və iqtisadi cəhətdən səmərəli olmadığını nəzərə alaraq "Elxan Kazımov" yedək gəmisinin əsaslı təmir olması məqsədə uyğun hesab edilmir.

Hərraca çıxarılan əmlakların tam siyahısı: (https://clck.ru/33TqtH)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol