Kibertəhlüsəzlik Mərkəzində 60 nəfər dərslərə cəlb olunub

Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzinə müraciət edən 2000 şəxsdən 60 nəfəri dərslərə cəlb edilib. Bu barədə Mərkəzdən məlumat verilib.
Təlimlər 4 istiqamət üzrə İsrailin "Technion” universitetinin müəllimləri tərəfindən aparılacaq.Hər təlim periodu üçün 60 nəfər mütəxəssisin
hazırlanması nəzərdə tutulur.
Təlimlərdə 3 növ mütəxəssislərin hazırlanması
planlaşdırılır: "Red Team” (hücum), "Blue Team” (müdafiə), "SOC Team”
(analitika).
Hər birində 20 nəfər olmaqla 3 növ ixtisasda hücum, müdafiə və
analitiklərdən ibarət komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək
bacarıqlarını inkişaf etdirəcəklər.
Təlimi uğurla bitirənlərə "Technion” İnstitutunun rəsmi
sertifikatı təqdim olunacaq.
Martın 28-də Dövlət Təhlükəsizlik Orqanlarının peşə bayramı günündə Bakıda Kibertəhlükəsizlik Mərkəzi açılıb. Mərkəzin açılışında DTX rəhbəri Əli Nağıyev iştirak edib.
Mərkəz "PAŞA Holding” Şirkətlər Qrupunun dəstəyi ilə yaradılıb.
Gülnar
www.anews.az
























